Sosial şəbəkələrdə və bəzi KİV-lərdə millət vəkili Astan Şahverdiyevin yüksək dozalı həbdən (Viaqra) istifadə etdiyi üçün dünyasını dəyişdiyi iddia edilib.
Oxu24.com axar.az-a istinadən xəbər verir ki, sildenafillər, yəni hamının tanıdığı "Viaqra” təkcə erektil disfunksiyalarda istifadə olunmur. Son vaxtlar kardioloqlar ürək problemlərində yaşlı, xroniki xəstələrə "Viaqra” da təyin edirlər.
Bu barədə tanınmış həkim Vaqif Qarayev qeyd edib. O bildirib ki, "Viaqra” həmişə öldürmür, müalicə də edir:
"Diabetiklər, epileptiklər, ürək xəstələri və digər xəstələr daim üzərlərində dərman gəzdirirlər. Ciblərində tapdığımız dərmanlar huşunu itirmiş xəstələrə diaqnoz qoymaq üçün çox kömək edir. Otellərdə, istirahət məkanlarında qəfil ölənlər epileptik tutmadan da ölə bilər, ürək çatmazlığından da. Birinin cibindən "Depakin” çıxacaq, o birisinin cibindən "Viaqra”.
Qeyd edə ki, Qusar Prokurorluğu isə deputatın ürək tutmasından vəfat etdiyini qeyd edərək, yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb. Oxu24.com
ŞƏRHLƏR