Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5968
az

Azərbaycan Fələstinə 200,0 min dollar yardım etdi

11:1910 Oktyabr, 2018
1286
SİYASƏT
  • A
 Azərbaycan Fələstinə 200,0 min ABŞ dolları məbləğində yardım ayırıb.

XİN-dən  daxil olan məlumatda bildirilir ki, Azərbaycan  Fələstin xalqının çətin günlərində hər zaman yanında olduğunu və islam həmrəyliyinə sadiqliyini nəzərə alaraq, hazırda ciddi maliyyə çətinlikləri ilə üzləşən Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə (United Nations Relief and Works Agency for Palestine Refugees in the Near East – UNRWA) cari ilin oktyabr ayında 200,0 min ABŞ dolları məbləğində yardım edib.

Qeyd edək ki, 1948-ci ildə yaradılmış UNRWA Yaxın Şərq regionunda 5 milyondan artıq fələstinli qaçqına təhsil, səhiyyə, fövqəladə hallarda humanitar yardım, sosial xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərir. Cari ildə Agentliyin büdcəsində kəskin kəsrin yaranması bu təşkilatın normal fəaliyyətinə və proqramlarının davamlılığına əhəmiyyətli dərəcədə risk yaradıb. Bununla əlaqədar olaraq, UNRWA-ya dəstəyin göstərilməsi məqsədilə beynəlxalq ictimaiyyət tərəfindən müxtəlif kampaniyalar həyata keçirilir, bir sıra ölkələr tərəfindən bu təşkilata əlavə yardımın edilməsi üçün addımlar atılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO
Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan
Ceyhun Bayramov Bin Nunla görüşdü - FOTO

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib