Makron və Paşinyan Fransa-Ermənistan tərəfdaşlığını müzakirə ediblər
10 Noyabr 2026, 19:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1453
22.09.2021, 16:45
Prezident İlham Əliyev “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi, “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Oxu24.com-un xəbərinə görə, dəyişikliklə “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
Cəmiyyətin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Müşahidə Şurasının sədri:
Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Müşahidə Şurasının üzvləri
Səməd Bəşirli – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri
Anar Novruzov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini.
Nazirlər Kabinetinə Cəmiyyətin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsindən irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsmək və Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Bundan əlavə, Azərbaycan İnvestisiya Holdinqinə Cəmiyyətin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanları üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq etmək, beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə Cəmiyyətin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin yekunlarının diaqnostikasının aparılmasını dörd ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, Sərəncamda nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra, onun nəticəsindən asılı olaraq, Cəmiyyətin yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək və Sərəncamdan irəli gələn digər məsələləri həll etmək də tapşırılıb.
20:17 / 10 Noyabr 2026
25
20:10 / 10 Noyabr 2026
79
19:59 / 10 Noyabr 2026
58
19:58 / 10 Noyabr 2026
58
19:52 / 10 Noyabr 2026
72
19:52 / 10 Noyabr 2026
71
19:43 / 10 Noyabr 2026
75
19:40 / 10 Noyabr 2026
100
19:26 / 10 Noyabr 2026
95
19:20 / 10 Noyabr 2026
446
19:06 / 10 Noyabr 2026
110
18:58 / 10 Noyabr 2026
599
18:56 / 10 Noyabr 2026
104
18:39 / 10 Noyabr 2026
176
18:26 / 10 Noyabr 2026
354
18:25 / 10 Noyabr 2026
146
18:19 / 10 Noyabr 2026
163
18:17 / 10 Noyabr 2026
128
18:04 / 10 Noyabr 2026
196
18:02 / 10 Noyabr 2026
1421
17:54 / 10 Noyabr 2026
141
17:42 / 10 Noyabr 2026
159
17:35 / 10 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.