Qaynar xətt:

(+99450) 247 90 86

“Ermənistan üçtərəfli sazişə əməl etsə…” – Putin

“Ermənistan üçtərəfli sazişə əməl etsə…” – Putin

SİYASƏT

700

21.09.2021, 20:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə təbrik məktubu göndərib. 

Oxu24.com xəbər verir ki, Baş nazir Nikol Paşinyana ünvanlanan məktubda Rusiya Federasiyasının başçısı bir neçə məsələyə toxunub.

“Rusiya-Ermənistan münasibətləri dost, müttəfiqdir. Dövlətlərimiz arasında müxtəlif sahələrdə sıx əməkdaşlıq – AİB, KTMT və MDB çərçivəsində konstruktiv əməkdaşlıq qurulmuşdur. Əminəm ki, birgə səylərlə bütün sahələrdə ikitərəfli tərəfdaşlığı gücləndirməyə bundan sonra da davam edəcəyik”, – deyə Putin bildirib.

O, həmçinin onu da qeyd edib ki, Ermənistanı üzləşdiyi problemlərdən yalnız Azərbaycan və Rusiya ilə birgə imzaladığı üçtərəfli bəyanat xilas edəcək:

“Bu gün Ermənistan ciddi problemlərlə üzləşir. Noyabr və Yanvar üçtərəfli sazişlərinin ən yüksək səviyyədə, ardıcıl şəkildə həyata keçirilməsinin ölkənizin və bütün Zaqafqaziya regionunun dinc və firavan inkişafını təmin edəcəyini düşünürük”.