Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
12 Noyabr 2026, 18:58
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
13972
17.04.2021, 21:01
Prezident İlham Əliyev "2021 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında" sərəncam imzalayıb.
Oxu24.com -un xəbərinə görə, sərəncamla müəyyən edilib ki, 2021 Formula 1 Azərbaycan Qran Prisinin təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2021-ci il mayın 1-dən iyunun 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.
Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:
Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;
Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Formula One Management Limited” Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin və bu məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək tapşırılıb.
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.
Həmçinin oxu: Karantin nə zaman sərtləşdiriləcək? – Deputat açıqladı+VİDEO
19:03 / 12 Noyabr 2026
1
18:58 / 12 Noyabr 2026
23
18:50 / 12 Noyabr 2026
48
18:42 / 12 Noyabr 2026
341
18:40 / 12 Noyabr 2026
50
18:32 / 12 Noyabr 2026
206
18:28 / 12 Noyabr 2026
59
18:26 / 12 Noyabr 2026
79
18:16 / 12 Noyabr 2026
91
18:15 / 12 Noyabr 2026
81
18:07 / 12 Noyabr 2026
86
17:53 / 12 Noyabr 2026
83
17:19 / 12 Noyabr 2026
97
16:25 / 12 Noyabr 2026
106
16:21 / 12 Noyabr 2026
120
15:55 / 12 Noyabr 2026
123
15:36 / 12 Noyabr 2026
551
15:15 / 12 Noyabr 2026
196
15:12 / 12 Noyabr 2026
117
14:15 / 12 Noyabr 2026
192
14:04 / 12 Noyabr 2026
528
13:59 / 12 Noyabr 2026
410
13:55 / 12 Noyabr 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.