Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! XİN Paşinyana cavab verdi

SON DƏQİQƏ! XİN Paşinyana cavab verdi

SİYASƏT

2453

16.04.2021, 09:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə parlamentində söylədiklərinə cavab verib.

Nazirliyin Mətbuat xidməti idarəsindən Oxu24.com-a  bildirilib ki, aprelin 14-də Ermənistan parlamentində çıxış edən N.Paşinyan növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb.

"Nikol Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil.

Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:

"Yurdumuzu çiynəyən

Sayğısız hər kim olsa.

İnan ki, çox sürmədən,

Diz çökəcək qarşıda", - Azərbaycan XİN-dən bildirilib.