Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib
12 Noyabr 2026, 19:49
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
3504
14.04.2021, 19:07
Baş nazir Əli Əsədov “İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 aprel tarixli 2560 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” sərəncam imzalayıb.
Oxu24.com -un məlumatına görə, sərəncama əsasən, İqtisadiyyat Nazirliyi Baş Prokurorluq, Maliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qubadlı Hərbi Prokurorluğunun, Kəlbəcər Hərbi Prokurorluğunun və Ağdam Hərbi Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumların müvafiq olaraq Qubadlı, Kəlbəcər və Ağdam şəhərlərində bina, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə, həmçinin Füzuli Hərbi Prokurorluğunun Füzuli şəhərində fəaliyyətinin təşkili üçün onun bina, avadanlıq, rabitə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, Qubadlı Hərbi Prokurorluğunun və Kəlbəcər Hərbi Prokurorluğunun yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddinin artırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
Oxu24.com
19:49 / 12 Noyabr 2026
36
19:36 / 12 Noyabr 2026
56
19:31 / 12 Noyabr 2026
60
19:19 / 12 Noyabr 2026
70
19:15 / 12 Noyabr 2026
68
19:09 / 12 Noyabr 2026
62
19:03 / 12 Noyabr 2026
69
18:58 / 12 Noyabr 2026
79
18:50 / 12 Noyabr 2026
78
18:42 / 12 Noyabr 2026
801
18:40 / 12 Noyabr 2026
77
18:32 / 12 Noyabr 2026
327
18:28 / 12 Noyabr 2026
79
18:26 / 12 Noyabr 2026
97
18:16 / 12 Noyabr 2026
108
18:15 / 12 Noyabr 2026
99
18:07 / 12 Noyabr 2026
105
17:53 / 12 Noyabr 2026
100
17:19 / 12 Noyabr 2026
109
16:25 / 12 Noyabr 2026
117
16:21 / 12 Noyabr 2026
137
15:55 / 12 Noyabr 2026
172
15:36 / 12 Noyabr 2026
606
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.