Qaynar xətt:

(+99450) 247 90 86

Putin və Ərdoğan Qarabağı müzakirə etdi

Putin və Ərdoğan Qarabağı müzakirə etdi

SİYASƏT

4605

09.04.2021, 20:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Oxu24.com-un Kremlə istinadən verdiyi xəbərə görə, Ərdoğan Rusiyanın Dağlıq Qarabağda vəziyyətin sabitləşməsini təmin etmək üçün atdığı addımları, eyni zamanda, 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların tədricən icrasını alqışlayıb.

V. Putin türkiyəli həmkarını bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri ilə apardığı təmasların nəticələri barədə məlumatlandırıb.

Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpası ilə bağlı intensivləşdirilməsi vacibliyi barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.