Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
12 Noyabr 2026, 21:04
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1675
09.04.2021, 18:23
Ötən gün bəzi kütləvi informasiya vasitələrində Hesablama Palatasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatına istinadən 7 bank vasitəsilə ölkədən nağd xarici valyutanın çıxarılması prosesində Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar çərçivəsində gömrük inzibatçılığı sahəsində natamamlıqların olduğu barədə məlumatlar yayımlanıb.
Oxu24.com xəbər verir ki, bu barədə Komitənin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu iddialar tamamilə əsassızdır və gömrük orqanları qanunvericiliyə uyğun olaraq üzərilərinə düşən vəzifələri tam yerinə yetiriblər.
Hüquqi şəxs rezidentlərin valyuta sərvətlərinn ölkəyə köçürməsi və nağd şəkildə gətirməsi, habelə ölkədən köçürməsi və nağd şəkildə çıxarması "Valyuta tənzimi haqqında" Qanununun 8.3 maddəsinə uyğun olaraq həyata keçirilir. Yerli banklar təqribən 1,1 milyard manat ekvivalentində nağd xarici valyuta vəsaitlərinin ölkədən kənara çıxarılmasını rəsmi qaydada və qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirib, bütün ixrac faktları üzrə gömrük bəyannamələri mövcuddur.
Azərbaycan Mərkəzi Bankının da təsdiq etdiyi kimi, bu növ əməliyyatlar yerli bankların xarici banklardakı müxbir hesablarına mədaxil edilməsi (müxbir hesabın möhkəmləndirilməsi) məqsədi daşıyıb. Belə ki, yerli kommersiya bankları xarici müxbir banklardakı hesablarının tələb olunan qalıq həcmini (cash collateral) təmin etməsə öz müştərilərinin idxal əməliyyatları üzrə ödəniş tapşırıqlarını, o cümlədən sənədli əməliyyatlar üzrə tranzaksiyalarını yerinə yetirə bilməz. Yəni, kommersiya banklarının xarici müxbir banklardakı öz hesablarına nağd vəsait aparması normal bank fəaliyyəti praktikasına və milli qanunvericiliyə tamamilə uyğundur.
"Aparılan nağd vəsaitin xaricdəki müxbir hesaba mədaxil olunmasına "gömrük nəzarəti" barədə kütləvi informasiya vasitələrində yayılan fikrə dair bildiririk ki, Dövlət Gömrük Komitəsinin ölkəmizdən ixrac edilən hər hansı malın, o cümlədən nağd valyuta vəsaitin təyinat ünvanına çatıb-çatmamasına nəzarət etmək kimi funksiyası və öhdəliyi yoxdur. Nağd vəsaitin xaricə göndərilməsi halında isə kommersiya banklarının bu ixrac əməliyyatları onların balansında mütləq əks olunur və nağd vəsaitlərin balans hərəkətinə nəzarət aidiyyatı qurumun funksiyalarına aiddir", - deyə açıqlamada qeyd olunub.
21:04 / 12 Noyabr 2026
5
20:55 / 12 Noyabr 2026
63
20:42 / 12 Noyabr 2026
78
20:26 / 12 Noyabr 2026
86
20:14 / 12 Noyabr 2026
81
20:08 / 12 Noyabr 2026
88
20:05 / 12 Noyabr 2026
88
19:59 / 12 Noyabr 2026
78
19:49 / 12 Noyabr 2026
89
19:36 / 12 Noyabr 2026
105
19:31 / 12 Noyabr 2026
97
19:19 / 12 Noyabr 2026
110
19:15 / 12 Noyabr 2026
134
19:09 / 12 Noyabr 2026
97
19:03 / 12 Noyabr 2026
101
18:58 / 12 Noyabr 2026
108
18:50 / 12 Noyabr 2026
111
18:42 / 12 Noyabr 2026
1344
18:40 / 12 Noyabr 2026
104
18:32 / 12 Noyabr 2026
412
18:28 / 12 Noyabr 2026
103
18:26 / 12 Noyabr 2026
120
18:16 / 12 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.