Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
12 Noyabr 2026, 22:21
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2250
05.04.2021, 09:02
“Bu gün Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 29 ili tamam olur. Rusiya-Azərbaycan-əməkdaşlığı bütün istiqamətlər üzrə ardıcıl inkişaf edir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesablarındakı paylaşımlarında bildirilib.
Qeyd olunub ki, Azərbaycan Rusiyanın vacib strateji tərəfdaşıdır: “Bunu bunu ali və yüksək siyasi səviyyələrdəki ikitərəfli təmaslarının statistikası təsdiqləyir. Ötən müddət ərzində Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev müxtəlif formatlarda 100-dən çox danışıqlar aparıblar. Hökumət xətti ilə, parlamentlər, profil nazirliklər və qurumlar səviyyəsində aktiv iş aparılır ki, bu Cənubi Qafqaz və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə obyektiv yardım edir. 2020-ci ildə Rusiya və Azərbaycan mehriban qonşuluq, qarşılıqlı yardım və bərabərhüquqluluq prinsiplərinə əsaslanaraq COVİD-19-la mübarizədə sıx əməkdaşlıq ediblər. Ölkələrimizin səhiyyə nazirləri, digər profil strukturlarının rəhbərləri daim təmasdadırlar. Azərbaycan tərəfinin təklifi ilə birgə vaksin istehsalının təşkilinə Rusiyanın əczaçılıq kompaniyası olan “R-Farm” cəlb olunub. Rusiya Birbaşa İnvestisiyalar Fondunun xətti ilə Azərbaycana “Sputnik V” vaksini partiyasının göndərilməsi üzərində iş aparılır.
İki dövlətin xarici işlər nazirləri arasındakı təmaslar müntəzəm xarakter daşıyır.
2021-ci ilin əvvəlindəki vəziyyətə görə, iki ölkə arasında 150-dən çox beynəlxalq hüquqi akt imzalanıb.
Azərbaycan Rusiyanın MDB ölkələri arasında Avrasiya İqtisadi Birliyinin üzvü olmayan əsas ticarət tərəfdaşıdır. 2024-cü ilə qədər olan dövr üçün Rusiya-Azərbaycan əməkdaşlığının əsas sahələrinin inkişafına dair fəaliyyət planı ticari-iqtisadi əməkdaşlığımızın əsasını təşkil edir və bura ticarətdəki maneələrin aradan qaldırılması, nəqliyyat infrastrukturunun inkişafını təmin edən beş yol xəritəsi, birgə elmi intensiv istehsalatların yaradılması, Azərbaycan iqtisadiyyatının səmərəliliyinin artırılması üçün Rusiya texnologiyalarından istifadə, qarşılıqlı turizm mübadiləsinin artması daxildir.
2020-ci ilin noyabrında innovasiyalı inkişaf və rəqəmsal iqtisadiyyat sahəsindəki əməkdaşlığa dair yeni altıncı “yol xəritəsi” imzalanıb.
Mədəni, humanitar və təhsil sahələrində Rusiya-Azərbaycan əməkdaşlığı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı üçün prioritet sahələrdən biri olaraq qalmaqdadır. Rus dilində təhsil Azərbaycanın məktəblərində və universitetlərində mövcuddur. 2010-cu ildən bu yana Lomonosov adına Moskva Dövlət Universitetinin Bakıdakı filialı və 2015-ci ildən İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı fəaliyyət göstərir.
Rusiyanın digər universitetlərinin, xüsusi ilə də Mosva Dövlət Beynəlxalq Münasibətlər İnstitunun (MQİMO) azərbaycanlı tərəfdaşları əməkdaşlığının quurlması üçün iş aparılır”, deyə Rusiya XİN-in paylaşımında qeyd olunub.
23:18 / 12 Noyabr 2026
1
23:12 / 12 Noyabr 2026
15
23:03 / 12 Noyabr 2026
43
23:02 / 12 Noyabr 2026
105
22:59 / 12 Noyabr 2026
46
22:55 / 12 Noyabr 2026
55
22:49 / 12 Noyabr 2026
62
22:40 / 12 Noyabr 2026
54
22:24 / 12 Noyabr 2026
111
22:21 / 12 Noyabr 2026
81
22:13 / 12 Noyabr 2026
91
21:55 / 12 Noyabr 2026
87
21:39 / 12 Noyabr 2026
95
21:26 / 12 Noyabr 2026
1027
21:19 / 12 Noyabr 2026
107
21:04 / 12 Noyabr 2026
101
20:55 / 12 Noyabr 2026
213
20:42 / 12 Noyabr 2026
136
20:26 / 12 Noyabr 2026
142
20:14 / 12 Noyabr 2026
120
20:08 / 12 Noyabr 2026
125
20:05 / 12 Noyabr 2026
190
19:59 / 12 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.