Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51648
az

SON DƏQİQƏ! Qarabağ mövzusu Türkiyə Milli Təhlükəsizlik Şurasına salınıb

19:4730 Mart, 2021
11120
SİYASƏT
  • A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin Milli Təhlükəsizlik Şurasının iclası keçirilir.

Oxu24.com  “TRT Haber”ə istinadən xəbər verir ki, Prezident Administrasiyasında baş tutan toplantıda Egey dənizi, Şərqi Aralıq dənizi və Kiprdəki proseslər, həmçinin Türkiyə Ordusunun Azərbaycan, Liviya və Suriyadakı fəaliyyəti və terrorla mübarizə başda olmaqla strateji məsələlər müzakirə olunur.

Qarabağda atəşkəsə nəzarət etmək üçün yanvarın 30-da işə başlayan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin qiymətləndirilməsi də iclasın gündəliyində olan məsələlərdən biridir.

Bundan başqa, iclasda Suriyada son dövrlərdə baş verən proseslərlə yanaşı, Liviyadakı vəziyyət barədə də fikir mübadiləsi aparılır.

Türkiyə və Yunanıstan arasında Egey və Şərqi Aralıq dənizindəki problemləri müzakirə etmək üçün yenidən başladılan məşvərət danışıqlarında gəlinən mərhələnin qiymətləndirildiyi iclasda Türkiyə və Şimali Kipr Türk Respublikasının (ŞKTR) Şərqi Aralıq dənizində beynəlxalq hüquqdan qaynaqlanan haqlarının müdafiəsi istiqamətində atdıqları addımlar da müzakirə olunur.

Toplantıda həmçinin PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD başda olmaqla terror təşkilatlarına qarşı aparılan əməliyyatlar, digər regional və milli təhlükəsizlik məsələləri müzakirə edilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bayramov Fidanla danışdı
Gürcüstanlı nazir Azərbaycanda
Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə getdi

Elektron dəri istehsal edildi: Toxunma hissi var

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Qazi döyüldü: İki nəfər saxlanıldı