Kreml Baydenin "Rusiya indiyə qədər etdiklərininin cavabını verəcək” bəyanatına cavab verib.
Belə ki, Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Cozef Baydenin proqram nitqini aqressiv və qeyri-konstruktiv ritorika adlandırıb.
Oxu24.com xəbər verir ki, bunu Dmitri Peskovdan sitat gətirən RİA.Noviosti yazıb.
"Biz ultimatum xarakterli bəyanatları qəbul etmirik və bu qəbildən olan çıxışlara məhəl qoymayacağıq”,- deyə o, Baydenin "Rusiya indiyə qədər etdiklərinin cavabını verəcək” bəyanatına cavab verib.
Eyni zamanda, Peskov qeyd edib ki, onun fikrincə, Rusiya ilə ABŞ arasında bir çox fikir ayrılıqlarına baxmayaraq, qarşılıqlı əlaqə üçün zəmin var.
Qeyd edək ki, bundan əvvəl Bayden proqram çıxışında bəyan etmişdi ki, Rusiyanın "aqressiv hərəkətlərinə” sinə gərməyə hazırdır. O, vurğulamışdı ki, ABŞ Rusiyanı bütün hərəkətlərinə görə cavab verməyə məcbur edəcək.
ŞƏRHLƏR