Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46828
az

"LAVROV HƏMİŞƏKİ KİMİ "İKİ QAPIYA OYNADI"...” - “Bakıdan reaksiya olmasa...”

22:0118 Yanvar, 2021
2833
SİYASƏT
  • A


"Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov həmişəki kimi "iki qapıya oynadı". O, mətbuat konfransında Dağıq Qarabağın statusu məsələsində dedi ki, 10 noyabr bəyanatında bu barədə bənd yoxdur və gələcəkdə bu işlə Minsk Qrupunun həmsədrləri məşğul olacaqlar".

"Oxu24.com xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu Rusiya Xarici İşlər naziri Sergey Lavrovun səsləndirdiyi fikirlərini şərh edərkən bildirib.

"Qarabağın statusu ilə bağlı ermənilərə demək istədi ki, status mövzusu Moskva üçün aktual deyil. Lavrov Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi ideyasının “ekzotik” olduğunu və Moskvanın gündəliyində belə bir məsələnin olmadığını bildirdi", - ekspert qeyd edib.

E.Şahinoğlu hesab edir ki, Lavrov növbəti açıqlamasında artıq bizim "qapıya qol vurdu": "O, Laçın dəhlizi üzərindən Ermənistanla Dağlıq Qarabağ arasında gediş-gəlişin bəyanatda vurğulandığını və bunun təbii olduğunu söylədi. Lavrov demək istədi ki, əgər Azərbaycanın materik hissəsinin Naxçıvanla əlaqəsi olacaqsa, Ermənistanın da Dağlıq Qarabağla əlaqəsi olmalıdır və bu yanaşma 10 noyabr bəyanatına uyğundur. Yəni Lavrov demək istədi ki, Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfərlərində anormal heç nə yoxdur və buna görə Azərbaycandan icazə alınmamalıdır.

Lavrovun sözlərinə görə, guya buna Azərbaycan tərəfi də etiraz etmir. Halbuki Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da verdiyi açıqlamada Ermənistanın Xarici İşlər nazirinin Azərbaycan torpaqlarına qanunsuz gəldiyini və Rusiya hərbçilərinin səlahiyyətlərini aşdıqlarını bildirdi".

Politoloqun sözlərinə görə, Azərbaycanın rəsmi səviyyədə Lavrovun Laçın dəhlizinin açıq saxlanılmasıyla bağlı çıxışına reaksiyası olmasa, vəziyyət elə belə də davam edəcək: "Yəni Ermənistandan kimin kefi istəsə, Dağlıq Qarabağa gələrək təxribatçı açıqlamalar verməkdə davam edəcək. Ermənistanla sərhəd nəzarətə götürülməlidir. Bunun başqa yolu yoxdur. Kim zəmanət verə bilər ki, Ermənistandan Dağlıq Qarabağa gələnlər maşınlarında silah-sursat daşımırlar?"

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Prezidenti Türkiyəyə səfər edəcək - FOTO
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul etdi - YENİLƏNDİ
Ərdoğan İlham Əliyevə zəng etdi

Yunan adası 50 il sonra su altında qalacaq

18+

İlon Mask cinsi təcavüzdə ittiham olunur
Bakıda məktəbdə dəhşətli anlar: Mühafizəçi məktəblini döydü
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Bu vərdişlər hər 4 nəfərdən 1-ni öldürür - Təcili tədbir görülməlidir!
Əhmədin ifadəsi məlum oldu