Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46738
az

"Türkiyə Rusiyanı Azərbaycanda neytrallaşdırmağın yolunu bilir" - Politloq

21:3517 Yanvar, 2021
2497
SİYASƏT
  • A

Sülhməramlıların statusu vacib məsələdir. Bu boşluqdan istifadə edən Moskva özbaşınalıqlar edir"

"Əminliklə deyə bilərəm ki, Türkiyə Rusiyanı Azərbaycanda neytrallaşdırmağın yolunu bilir və bunun üzərində işləyir"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qarabağdakı Rusiya sülhməramlılarının statusuna dair anlaşmanın imzalanmalı olduğunu bildirib. Nazir deyib ki, sülhməramlı qüvvələrin statusuna dair anlaşma imzalanması üçün Rusiyanı təşviq edirlər. O bildirib ki, əsas məsələ rusların Laçın dəhlizindən hərəkətə icazə vermək roludur. Buna görə Azərbaycandan icazə alınmalıdır:

"Qarabağ Azərbaycan torpağıdır. Azərbaycandan icazəsiz hərəkət edilməməlidir. Siz, sülhməramlı olaraq varsınız, kimlərin bölgəyə gedib-gələcəyi məsələsində qərar verməyin məsuliyyəti sizdə deyil”.

Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da gələcəkdə Qarabağda sülhməramlıların varlığı və iştirakı olmadan proseslərə hazırlaşmağın gərəkli olduğunu bəyan etmişdi.

Politloq Azər Qasımov sherg.az-a bildirib ki, Türkiyə Rusiyanın "sülhməramlı” adı altında hansı siyasəti həyata keçirdiyini, gizli planlarının olduğunu yaxşı anlayır. Ekspertin sözlərinə görə, Rusiya həqiqətən də sülhməramlı missiya adı altında Qarabağda Azərbaycanın suverenliyini şübhə altına alan fəaliyyətlərlə məşğuldur:

"Sülhməramlıların statusu vacib məsələdir. Bu boşluqdan istifadə edən Moskva özbaşınalıqlar edir. Bu məsələnin Türkiyə tərəfindən gündəmə gətirilməsi bizim üçün çox vacibdir. Zamanla elə bir siyasi vəziyyət yaranacaq ki, Rusiya Türkiyənin regiondan çıxması üçün özü də burdan çıxmağa razı olacaq. Türkiyə bunun üçün nə lazımdırsa edəcək. Ərdoğanın Putinə "sülhməramlıların lazım olmayacağı dövrün gələcəyini” eşitdirməsi buna sübutdur. Türkiyə prosesləri Rusiya ilə bərabər səviyyədə masaya çıxarır. Ankara heç vaxt Rusiya "böyük dövlətdir", "onunla hesablaşmaq lazımdır" kontekstindən çıxış etmir. Doğru hesab etdiyi yoldan geri çəkilmir. Təbii ki, bu, kor-koranə istəyinə nail olmaq, "heç kimlə hesablaşmamaq" anlamına gəlmir. Siyasətdə harada durmağı bilən tərəf qazanır. Türkiyənin "dərin dövlət” ağlı, strateji planlama və oyun qurmaq qabiliyyətinə arxayın olmalıyıq. Əminliklə deyə bilərəm ki, Türkiyə Rusiyanı Azərbaycanda neytrallaşdırmağın yolunu bilir və bunun üzərində işləyir. Yetər ki, biz rus xofundan azad olaq. Türkiyə regiona yerləşdikcə bizim maraqlarımızı daha uğurla qoruyacaq. Bundan xəbərimiz olmaya bilər, əsas odur ki, bizim Türkiyəyə inamımız tam olsun”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanda seçkilərdir: Ölkəni nə gözləyir?
İran-İsrail qarşıdurmasının daha bir səhifəsi bağlanır -Növbəti hücum hədəfi budur
ABŞ-dan Ukraynaya 400 milyon dollarlıq daha bir yardım

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı