Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4655
az

Merkelin Bakıya səfəri ərəfəsində qalmaqal - Azərbaycan Merkelin yaxın adamını ölkəyə buraxmır

11:5121 Avqust, 2018
1375
SİYASƏT
  • A
Rəsmi Bakı Almaniya kansleri Angela Merkelin “Xristian-Demokratlar İttifaqı” partiyasının deputatı olan Albert Vayleri "qara siyahı"ya salaraq onun Azərbaycana girişinə qadağa qoyub və almaniyalı deputata viza verilməsindən imtina edib.

Femida.az xəbər verir ki, bu barədə Almaniyanın “Deutsche Welle” agentliyi “Bild” qəzetinə istinadən məlumat yayıb.

Bildirilib ki, Almaniya parlamentinin Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə qrupunun sədr müavini olan deputat Vayler, regiona səfəri çərçivəsində 25 avqustda Azərbaycana gələcək Almaniya kansleri Angela Merkeli müşayiət etməli idi. Lakin almaniyalı deputat Azərbaycanda persona non-qrata (arzuolunmaz şəxs) elan olunduğundan ona viza verilməyib.

Vaylerin Azərbaycana girişinə qadağa barədə qərar yüksək rəhbərlik səviyyəsində qəbul olunduğundan, hətta viza məsələsinin həlli üçün səfirliklə aparılan danışıqlar da nəticəsiz qalıb.

Qeyd edək ki, Albert Vayler 2014-cü ilin 4 avqustu və 2015-cı illin 3 mayında Dağlıq Qarabağa qanunsuz səfər edərək separatçı rejimin keçirdiyi saxta parlament seçkilərində müşahidəçi qismində iştirak edib. Bu səbəbdən də, Azərbaycana girişi qadağan olunaraq adı XİN-in "Arzuolunmaz şəxslər siyahısı"na salınıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyev zimbabveli həmkarı ilə görüşdü - Foto
Azərbaycanla İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi
Putin Pezeşkianla ÜZ-ÜZƏ GƏLİR -"Ciddi söhbət olacaq"

Soxulcanlar haqqında 9 maraqlı məlumat

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Xəzər dənizində naməlum varlıq görüldü –İNSANLAR QORXU İÇİNDƏ…
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Xərçəngin riskini 30% azaltmaq üçün həftədə 2 dəfə yeyin — MÖCÜZƏVİ MƏHSUL
Göyçayda ağır qəza - ölən var - FOTO