Prezident: Azərbaycan paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir
15 Noyabr 2026, 11:29
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
894
04.12.2020, 18:24
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovun Rusiyanın “NTV” kanalına Rusiya-Türkiyə sülhməramlıları ilə bağlı verdiyi müsahibə ciddi qalmaqala səbəb olub. Sosial şəbəkələrdə onun ünvanına ən ağır tənqidlər səslənməkdədir. Çoxları hesab edir ki, politoloq bu fikirləri ilə Türkiyə qoşunlarının Azərbaycanda sülhməramlı qismində iştiraklarının əleyhinə çıxıb. Gedən müzakirələrdə sovet dövründə bolşeviklər tərəfindən güllələnən Qəzənfər Musabəyovun da adı hallanır. Deputatın babası olduğu iddia edilir. Q.Musabəyovun vaxtı ilə qaniçən daşnak ermənisi Stepan Şaumyanın quldur dəstəsinin tərkibində yer aldığı və bu səbəbdən R.Musabəyovdan belə mövqeyin gözlənilən olduğu vurğulanır.
Səslənən ittihamlarla bağlı “Yeni Müsavat”a danışan R.Musabəyov bundan qətiyyən narahat olmadığını qeyd etdi: “Məni o hücumlar zərrə qədər narahat etmir. Kim nə istəyirsə, danışsın. Dediklərimi hər kəs diqqətlə dinləsin. Mən orada demişəm ki, türk qoşunlarının Qarabağ ermənilərinin yaşadıqları yerlərə daxil olmaları mümkün deyil. Bunu indi hər kəs necə təsəvvür edə bilər? Türk qoşunu gedib Xankəndində post quracaq, bayrağını asacaq, bu mümkündürmü? Suriyada bunlar ruslarla birlikdə post yaratmağı bacarmadılar, birgə müşahidəni də təşkil edə bilmədilər. Çünki müxtəlif tərəflərdən atəş açılırdı, zirehli maşınları partladırdılar. Onu da deyim ki, Dağlıq Qarabağ ifadəsi artıq ümumiyyətlə işlədilməməlidir. Qarabağda ermənilərin yaşadıqları yerlərə türk sülhməramlılarının daxil olması o deməkdir ki, gəlin təzədən müharibə başlayaq. O zaman sadəcə olaraq, ermənilər tərəfindən ruslar, biz tərəfdən də türklər vuruşacaq. İndi deyin görüm, bu mümkündürmü? Ona görə bütün razılaşmalar bu yöndə gedirdi ki, Monitorinq Mərkəzi yaransın. İndi biz türkləri Ağdam, Kəlbəcər, Laçında yerləşdirmək üçün gedib ruslardan icazə alınmalıyıq? Rusiya tərəfi də demişdi ki, Azərbaycan öz ərazisində harada türk qoşunlarının yerləşməsini istəyirsə, bu bizlik deyil.
Türklər indi gəlib bizə minalardan təmizləmə prosesində köməklik göstərirlər. Söhbət ondan gedir ki, türk qüvvələrinin ermənilərin, rusların postlarının olduğu yerdə yerləşmələri mümkün görünmür. Aydın məsələdir ki, orada silahlı ermənilər də qalıb, atəş, təxribat ola bilər. İndi təzədən müharibəyə başlamalıyıq? Bir daha deyirəm ki, türklərin ermənilər və azərbaycanlılar arasında durmağı məntiqsizdir. Bizi ermənilərdən qorumağa ehtiyac yoxdur. Şükürlər olsun ki, özümüz özümüzü ermənilərdən qorumağa qadirik. Ermənilər türklərinin iştirakını heç də özlərinin təhlükəsizliklərini möhkəmləndirmək kimi görmürlər. Kim indi nə yozur, nə qələt edir, özləri bilərlər. Bir çoxlarını son zamanlar telekanallarda çox görünməyim qıcıqlandırır. Mənim 70 yaşım var. Heç bir siyasi ambisiyalarım da qalmayıb. Bunlar nahaq yerə narahat olurlar. Bu yaşda əlimə silah götürüb gedib vuruşmaq yaşım da deyil. Sadəcə olaraq, informasiya sahəsində çalışırdım ki, əlimdən gələni edim. İndi bunu kimlərsə görürdü, kimlərsə də yox. Bu dövrdə 20-dən çox xarici mediyaya, o cümlədən, Rusiya. Ukrayna, Çexiya kimi ölkələrin KİV-lərinə müsahibə vermişəm, Azərbaycan həqiqətlərini çatdırmışam. Kimlərsə bundan sadəcə qıcıqlanıblar. Bu yazılanlar dediyim kimi, məni zərrə qədər narahat etmir. Kim nə yozursa, yozsun”.
Deputat babası kimi qələmə verilən Qəzənfər Musabəyov barədə deyilənlərə də cavab verdi: “O şəxs mənim ümumiyyətlə, babam deyil. Atamın heç əmisi də deyildi, dayısı idi. Biz iki tərəfdən də Musabəyovlarıq. Buna görə heç kəsə izahat da vermək istəmirəm. Qəzənfər Musabəyov Azərbaycan üçün xeyli işlər görüb. Nəriman Nərimanovla silahdaş olub. Ondan sonra Azərbaycanın baş naziri olub. Sonradan onu bolşeviklər sıxışdırıblar. 50 yaşında da güllələnib. Onun xalqımızın qarşısında hansısa günahları olubsa-o şəxslərin dediyi kimi-hər halda qanı ilə bu günahları silib. Bununla bağlı kim nə qələt edirsə, getsin etsin. Niyə mən türk qoşunlarının ölkəmizə gəlməsini istəməyim? Onsuz da onlar burdadırlar. Bizim Türkiyə ilə hərbi sahədə əməkdaşlığımız daha da dərinləşəcək. Rusiya deyir ki, NATO Ukrayna, Gürcüstanda olmamalıdır, amma NATO ölkəsi Türkiyə Azərbaycandadır.
Bizim ölkə də müstəqil dövlət kimi istənilən qərarı müstəqil şəkildə verə bilər. Düşünürəm ki, türklərin Azərbaycanda olmasını sülhməramlı libasa salmağa elə də ehtiyac yoxdur”.
11:29 / 15 Noyabr 2026
1
11:20 / 15 Noyabr 2026
33
11:20 / 15 Noyabr 2026
36
11:10 / 15 Noyabr 2026
47
11:07 / 15 Noyabr 2026
193
10:50 / 15 Noyabr 2026
66
10:25 / 15 Noyabr 2026
197
10:21 / 15 Noyabr 2026
85
10:18 / 15 Noyabr 2026
81
10:12 / 15 Noyabr 2026
109
09:35 / 15 Noyabr 2026
404
07:35 / 15 Noyabr 2026
136
05:50 / 15 Noyabr 2026
137
01:35 / 15 Noyabr 2026
151
01:10 / 15 Noyabr 2026
168
23:59 / 14 Noyabr 2026
354
23:51 / 14 Noyabr 2026
193
23:47 / 14 Noyabr 2026
209
23:33 / 14 Noyabr 2026
172
23:23 / 14 Noyabr 2026
528
23:16 / 14 Noyabr 2026
175
23:05 / 14 Noyabr 2026
735
23:01 / 14 Noyabr 2026
562
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.