"Moskva danışıqlarından sonra yenə də saxtakarlıq edəcəklərsə, özləri peşman olacaqlar".
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.
"Biz torpaqlarımızı geri alacağıq. Sülh yolu ilə ya da ki, müharibə yolu ilə. Birmənalı. Biz istəyirik ki, sülh yolu ilə alaq. Ermənistana axırıncı şansı veririk. Heç kimə ümid bağlamasın. Heç kim onlara kömək etməyəcək. Bizim qabağımızda Ermənistan acizdir. Bizim qabağımızda Ermənistan diz çöküb. Bizim şəhidlərimizin qarşısında onları diz çökdürmüşük. Şəhidlərimizin qanı yerdə qalmayıb", - İlham Əliyev deyib.
Oxu24.com
ŞƏRHLƏR