Rusiya Prezidenti Vladimir Putin Belarusda keçirilmiş seçkiləri baş tutmuş hesab etdiyini bildirib.
Bu barədə dövlət başçısı “Rusiya-1” telekanalına müsahibəsində danışıb. “Biz seçkilərin baş tutması faktından irəliləyirik”, - deyə Putin bildirib.
Qeyd edək ki, Vladimir Putin avqustun 10-da Belarus Prezidenti Aleksandr Lukaşenkonu seçkidəki qələbə münasibətilə təbrik etmişdi.
Ölkədə isə kütləvi etiraz aksiyaları davam edir, etirazçılar seçki nəticələrinin ləğvini, yeni seçki keçirilməsini tələb edirlər.
ŞƏRHLƏR