Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
16 May 2026, 13:33
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
777
23.07.2020, 16:12
“Bəziləri ehtiyat edir, amma bunu bilmək lazımdır, artıq Rusiya Azərbaycana heç nə edə bilməz. Çünki Türkiyə dövlət başçısı, XİN rəhbəri, müdafiə naziri öz sözlərini dedilər. Mən də qürurlandım bu mövqeləri eşidəndə. Bunlar hamısı faktdır”.
Oxu24.com xəbər verir ki, bunu musavat.com-a müsahibəsində millət vəkili Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, Türkiyə heç vaxt imkan verməz ki, yeni torpaq iddiasında olan dövlətlər tərəfindən Azərbaycana hansısa həmlələr edilsin: “Ermənistan kimdir, onun nəyi var? Sadəcə, oyuncaq dövlətdir və Rusiya da ondan istifadə edir, orada baza saxlayır”.
Proseslərin bundan sonrakı gedişatına gəldikdə, V. Əhmədov hesab edir ki, çox ehtiyatlı olmaq lazımdır: “Bu proses bitməyib, sizə açığını deyim. Mən narahatam ki, ruslar yenə də təxribata əl atacaqlar, ermənilərin vasitəsilə müəyyən addımlar atmaq istəyəcəklər. Amma mən çox şad oldum ki, Türkiyə prezidenti belə cəsarətli çıxış etdi, faktiki olaraq dedi ki, əlinizi Azərbaycandan çəkin!
Azərbaycanı açıq və qəti müdafiə edən, bizim yanımızda olan iki dövlət var: Türkiyə və Pakistan. Mən hesab edirəm ki, bu iki dövlətlə ciddi hərbi əlaqələr qurulmalıdır, hərbi müqavilələr imzalanmalıdır və Qarabağı azad etməliyik, başqa çıxış yolumuz yoxdur. Yoxsa ATƏT-dir, BMT-nin qətnamələridir, onlara arxayın olmaq olmaz. Düzdür, bunlar da siyasi cəhətdən vacibdir. Amma ATƏT-in Minsk Qrupu vecsiz bir təşkilatdır, biz onlardan müsbət nəsə gözləmirik. Yaxşı hal oldu ki, ABŞ konqresmenləri Azərbaycanın xeyrinə qərar qəbul etdilər, bu da bizim üçün çox vacib məsələdir. ABŞ ilk dəfə Ermənistanın işğalını tanıdı. Necə ki, Ukrayna, Moldova və Gürcüstanda işğal faktını tanıyırdılar, Azərbaycan ərazilərinin də Ermənistan tərəfindən işğal olunduğu Konqres səviyyəsində qəbul edildi”.
Daxildəki proseslərə gəldikdə millət vəkili bu məsələdə xalqın birmənalı şəkildə Ali Baş Komandanın yanında olduğunu vurğulayıb:
“Çünki dövlət başçısının apardığı siyasətdə əsas məqsəd Azərbaycan torpaqlarını işğaldan azad etməkdir. Amma mən çox təəssüf edirəm ki, “beşinci kolon” da sakit oturmur. İndi onların yavaş-yavaş adları açıqlanır.
Hesab edirəm ki, Dövlət Təhlükəsizlik Xidməti bu işlə ciddi məşğul olmalıdır. Bunları, ümumiyyətlə, təmizləməliyik. O cümlədən orduda da məni narahat edən müəyyən məsələlər var, orda da təmizlənmələr olmalıdır. Milli qüvvələr olmalıdır ki, Azərbaycan torpaqlarını Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad etmək iqtidarında olsun”.
23:59 / 16 May 2026
41
23:52 / 16 May 2026
59
23:48 / 16 May 2026
79
23:31 / 16 May 2026
134
23:28 / 16 May 2026
141
23:24 / 16 May 2026
66
23:17 / 16 May 2026
115
23:16 / 16 May 2026
69
23:01 / 16 May 2026
208
22:55 / 16 May 2026
55
22:48 / 16 May 2026
181
22:45 / 16 May 2026
51
22:35 / 16 May 2026
247
22:27 / 16 May 2026
542
22:26 / 16 May 2026
70
22:07 / 16 May 2026
82
21:48 / 16 May 2026
68
21:32 / 16 May 2026
79
21:10 / 16 May 2026
164
20:41 / 16 May 2026
97
20:13 / 16 May 2026
96
20:01 / 16 May 2026
77
19:53 / 16 May 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.