Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
16 May 2026, 13:33
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
778
23.07.2020, 15:55
Ermənistan Baş naziri Nikol Paşinyan və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.
Oxu24.com xəbər verir ki, tərəflər arasında Ermənistan-Azərbaycan sərhədlərində baş verən son silahlı qarşıdurma müzakirə olunub.
Münaqişənin dinc yolla həllinin tərəfdarı olduqlarını bildirən Ermənistan baş naziri sülhə alternativin olmadığını söyləyib.
Azərbaycandan BMT rəhbərinə şikayət edən işğalçı ölkənin hökumət başçısı yenə də ənənəsinə sadiq qalaraq, baş verən son təxribat hadisələrinin məsuliyyətini üzərindən atmağa cəhd göstərib.
O, hazırkı vəziyyətdə ATƏT-in monitorinq imkanlarının genişləndirilməsinin və bu məsələ ilə bağlı mövcud razılaşmaların həyata keçirilməsinin vacib olduğunu vurğulayıb.
BMT baş katibi bölgədəki son durumdan narahatlığını ifadə edərək, gərginliyin azaldılması üçün təcili tədbirlərin görülməsinin, o cümlədən atəşkəs rejiminin möhkəmləndirilməsinə yönəlmiş razılaşmaların həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Antonio Quterreş ATƏT-in Minsk qrupunun həmsədrliyini dəstəklədiyini bir daha təsdiqləyib.
Əlavə edək ki, iyulun 12-də Tovuz istiqamətində Azərbaycanın mövqelərinə qarşı təxribata əl atan Ermənistan rəhbərliyinin indi “sülh göyərçini” obrazını canlandırması təsadüfi deyil. Döyüşlərin davam etdiyi dörd gün ərzində onlarla hərbçisini itirdi, çox sayda hərbi texnikası sıradan çıxarıldı. Bu fonda müttəfiqlərindən dəstək ala bilməməklə yanaşı, dünyanın ən nüfuzlu dövlətlərinin qınaq obyektinə çevrildi.(teleqraf)
23:59 / 16 May 2026
41
23:52 / 16 May 2026
59
23:48 / 16 May 2026
79
23:31 / 16 May 2026
134
23:28 / 16 May 2026
141
23:24 / 16 May 2026
66
23:17 / 16 May 2026
115
23:16 / 16 May 2026
69
23:01 / 16 May 2026
208
22:55 / 16 May 2026
55
22:48 / 16 May 2026
181
22:45 / 16 May 2026
51
22:35 / 16 May 2026
247
22:27 / 16 May 2026
542
22:26 / 16 May 2026
70
22:07 / 16 May 2026
82
21:48 / 16 May 2026
68
21:32 / 16 May 2026
79
21:10 / 16 May 2026
164
20:41 / 16 May 2026
97
20:13 / 16 May 2026
96
20:01 / 16 May 2026
77
19:53 / 16 May 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.