Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Ukrayna MDB müqaviləsindən çıxdı: Azərbaycanla saziş imzalanacaq

SON DƏQİQƏ! Ukrayna MDB müqaviləsindən çıxdı: Azərbaycanla saziş imzalanacaq

SİYASƏT

7863

23.07.2020, 13:17

Ukraynanın Nazirlər Kabineti ölkənin Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində daha iki müqavilədən çıxmasını təsdiqləyib.

Oxu24.com  Ukrayna KİV-inə istinadən xəbər verir ki, söhbət Birliyə üzv dövlətlərin humanitar əməkdaşlığı haqqında Sazişdən (2005-ci ildə Kazanda imzalanıb) və Birliyə üzv dövlətlərin Humanitar Əməkdaşlıq Şurasının yaradılması haqqında Sazişdən (2006-cı ildə Minskdə imzalanıb) gedir.

Bunun əvəzində rəsmi Kiyev Birlik üzvü olan ölkələrlə yeni birtərəfli sazişlər bağlayacaq.

Belə ki, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan ilə ayrı-ayrılıqda saziş bağlanacaq.