Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35931
az

İlham Əliyev Xalq artistinə ad günündə ev hədiyyə etdi

13:5720 İyul, 2020
861
SİYASƏT
  • A
Prezident İlham Əliyev Azərbaycanın Xalq artisti Vidadi Həsənova ev hədiyyə verib. Oxu24.com xəbər verir ki, bu barədə aktyorun özü məlumat yayıb. Sənətkar Bakı şəhərində 3 otaqlı mənzillə təmin olunmasına görə, dövlət başçısına təşəkkürünü bildirib: "Mən bu tarixdə 62 yaşımı haqladım. Ad günümdə səmimi, xoş arzular da oldu, maraqlı və dəyərli hədiyyələr də. Hamınıza təşəkkür edirəm. Dostlar! O gün, xüsusilə bir hədiyyənin mənə və ailəmə bəxş etdiyi sevinci sizinlə bölüşmək istəyirəm. Bilmirəm, bəlkə, bu təsadüf idi? Əlbəttə, bu, təsadüf ola bilərdi. Bəlkə də sadəcə tarixlər üst-üstə düşmüşdü? Əlbəttə, belə də ola bilərdi. Amma mən belə düşünmək istəmirəm. Bu, nə təsadüf idi, nə də tarixlərin üst-üstə düşməsi. Məncə bu, qayğıkeş bir rəhbərin, genişürəkli bir insanın hər bir ölkə vətəndaşına göstərdiyi diqqətin ibrətamiz bir nümunəsi idi. Bu yaxınlarda məni Bakı Şəhər İcra Hakimiyyətinə çağırıb, bir sərancam təqdim etdilər. Bu, Həsənov Vidadi İsmail oğluna, Bakı şəhərində 3 otaqlı mənzil verilməsi ilə bağlı möhtərəm Prezident cənab İlham Əliyevin sərancamı idi. Sərancamın tarixi isə - istəyirsiz inanın, istəyirsiz yox - məhz 16.07.2020-ci il idi. Dostlar! Bilmirəm, bəlkə, bu təsadüf idi? Bəlkə də, tarixlər üst-üstə düşmüşdü? Siz necə istəyirsiz düşünə bilərsiniz. Məncə, belə deyildi. Möhtərəm Prezident! Bu əlamətdar gündə mənə və ailəmə bəxş etdiyiniz sevincə görə Sizə dərin təşəkkürümü bildirirəm”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident İtaliya-Azərbaycan Universitetindən DANIŞDI
"Dörd qətnamənin olmasına baxmayaraq, işğal davam edirdi" - İlham Əliyev
Prezident forumda əsas qonaq qismində iştirak edəcək

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Valideyn narkotikin təsiri altında maşın sürərkən tutulan övladına haqq qazandırdı