Qaynar xətt:

(+99450) 247 90 86

Baş Nazir Əli Əsədov qərarı dəyişdi

Baş Nazir Əli Əsədov qərarı dəyişdi

SİYASƏT

1801

18.07.2020, 21:46

Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Tədris Mərkəzinin yaradılması haqqında” qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.


Oxu24.com  xəbər verir ki, dəyişikliklə “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Tədris Mərkəzinin adındakı  “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilib.

Eyni zamanda qərarın II hissəsi yeni redaksiyada verilib.

 “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Peşə Təhsil Mərkəzinin fəaliyyətə başlaması üçün müvafiq tədbirlər görməlidir”, - qərarda bildirilib.