Nazirlikdə bu qayda dəyişdi - Anar Bayramov rayonlara gedir
17 Noyabr 2026, 14:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
892
16.07.2020, 09:32
Prezidentin kabinetində hər gün kolbasa, araq yeyib-içirdilər, hər gün, gecə səhərə qədər, sonra da o vaxtkı prezident saat 12-də yuxudan oyanırdı.
Oxu24.com bildirir ki, bunu Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nitqində deyib.
Dövlət başçısı bildirib:
"Azərbaycan xalqını bu təxribata çəkən Ermənistan başından zərbə aldı. Bizim şanlı ordumuz, bizim əsgərlərimiz, zabitlərimiz, hərbi komandirlərimiz bu günlər ərzində gecə-gündüz yatmadan iş başındadırlar. Mən Müdafiə nazirinə, Baş Qərargah rəisinə nə vaxt zəng edirəmsə, iş başındadırlar - gecə, səhər saat 7-də, axşam saat 10-da, gecə saat 2-də. Biz böyük qələbə qazanmışıq, xalq da bunu dəstəklədi. Xalq qələbəni qeyd etmək, şəhidlərimizin ruhunu yad etmək üçün Şəhidlər xiyabanına gəldi. Hansısa yaramaz ünsürlər burada iğtişaş törədəcək? Bu olmayacaq. Onların fikri 1990-cı illərin əvvəllərinə getməsin. Azərbaycanın o vaxtkı hakimiyyətinin bədbəxtliyi də ondan ibarət idi ki, Xalq Cəbhəsi kimi çirkin, mənfur, qorxaq, satqın fərarilərdən qaçdı.
O fərarilər ki, ondan bir il sonra hakimiyyəti qoyub qaçdılar. Bax, bu binada otururdular. Bu binanı da zibilləmişdilər. Prezidentin kabinetində hər gün kolbasa, araq yeyib-içirdilər, hər gün, gecə səhərə qədər.
Sonra da o vaxtkı prezident saat 12-də yuxudan oyanırdı. Saat 5-də də yenidən kolbasa, araq. Keçmiş müdafiə naziri, keçmiş daxili işlər naziri, keçmiş dövlət katibi, keçmiş prezident bu binanı murdarlamışdılar.
Belə bir çirkin dəstə gəlib o vaxt hakimiyyəti hay-küylə yıxdı. Onların fikri ora getməsin. Bunların dərsini vermişik, verəcəyik. Heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək".
15:57 / 17 Noyabr 2026
2
15:43 / 17 Noyabr 2026
48
15:12 / 17 Noyabr 2026
86
15:07 / 17 Noyabr 2026
75
14:52 / 17 Noyabr 2026
77
14:35 / 17 Noyabr 2026
84
14:15 / 17 Noyabr 2026
82
14:02 / 17 Noyabr 2026
91
13:57 / 17 Noyabr 2026
103
13:45 / 17 Noyabr 2026
102
13:24 / 17 Noyabr 2026
122
13:22 / 17 Noyabr 2026
130
12:58 / 17 Noyabr 2026
123
12:55 / 17 Noyabr 2026
131
12:43 / 17 Noyabr 2026
131
12:25 / 17 Noyabr 2026
128
12:05 / 17 Noyabr 2026
766
11:58 / 17 Noyabr 2026
134
11:56 / 17 Noyabr 2026
390
11:28 / 17 Noyabr 2026
122
11:00 / 17 Noyabr 2026
162
10:54 / 17 Noyabr 2026
144
10:50 / 17 Noyabr 2026
162
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.