Nazirlikdə bu qayda dəyişdi - Anar Bayramov rayonlara gedir
17 Noyabr 2026, 14:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
790
14.07.2020, 03:08
13 iyul 2020-ci il tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub.
Oxu24.com Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinə istinadən xəbər verir ki, Elmar Məmmədyarov Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin hücum cəhdi, bu hərbi təxribatın qarşısının alınması və hazırda bölgədə davam edən gərgin vəziyyət barədə Aİ rəsmisini məlumatlandırıb.
Ermənistanın bu təcavüz aktının münaqişənin həlli üzrə danışıqların mahiyyətini ciddi şübhə altına aldığı və məhz Ermənistanın və onun təcavüzkar siyasətinin bölgədə sülh və təhlükəsizliyə əsas təhlükə mənbəyi olduğunu, o cümlədən bölgədəki böyük geo-strateji layihələrə təhlükə törətmək ehtimalının olduğunu qeyd edib.
C.Borel Aİ-nin Avropa Xarici Faəliyyət Xidmətinin sözçüsünün iki ölkə sərhədində baş vermiş insident ilə bağlı bəyanat ilə çıxış etdiyini qeyd edib. O, Aİ-nin bölgədə gərginliyin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərin görülməsinin tərəfdarı olduğunu, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik səylərini dəstəklədiyini və münaqişənin həlli üzrə substantiv danışıqların aparılması mövqeyindən çıxış etdiyini bildirib.
16:51 / 17 Noyabr 2026
48
16:34 / 17 Noyabr 2026
82
16:29 / 17 Noyabr 2026
74
16:21 / 17 Noyabr 2026
84
16:12 / 17 Noyabr 2026
80
15:57 / 17 Noyabr 2026
92
15:43 / 17 Noyabr 2026
96
15:12 / 17 Noyabr 2026
115
15:07 / 17 Noyabr 2026
103
14:52 / 17 Noyabr 2026
104
14:35 / 17 Noyabr 2026
115
14:15 / 17 Noyabr 2026
107
14:02 / 17 Noyabr 2026
127
13:57 / 17 Noyabr 2026
133
13:45 / 17 Noyabr 2026
156
13:24 / 17 Noyabr 2026
132
13:22 / 17 Noyabr 2026
181
12:58 / 17 Noyabr 2026
167
12:55 / 17 Noyabr 2026
167
12:43 / 17 Noyabr 2026
163
12:25 / 17 Noyabr 2026
155
12:05 / 17 Noyabr 2026
835
11:58 / 17 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.