Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35374
az

SON DƏQİQƏ! XİN bəyanat yaydı

02:1814 İyul, 2020
631
SİYASƏT
  • A
Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatının qarşısı alınıb, düşmən qüvvələri adekvat cavab zərbələri ilə üzləşib. Bu gün ərzində bölgədə gərgin vəziyyət davam edib və Ermənistan silahlı qüvvələrinin bütün həmlələri müvafiq əks tədbirlər ilə cavablandırılıb.
 
Oxu24.com  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
 
Bildirilir ki, Ermənistan silahlı qüvvələri 13 iyul 2020-ci il tarixində Azərbaycanın Tovuz rayonunun Dondar Quşçu kəndini və buradakı dinc sakinləri iriçaplı silahlardan istifadə etməklə hədəfə alıb. Bu əməli ilə Ermənistan özünün təcavüzkar və terrorçu mahiyyətini növbəti dəfə nümayiş etdirib.
 
2016-cı ilin aprel hadisələrində olduğu kimi Azərbaycanın dinc əhalisinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutan Ermənistan öz üzərinə götürdüyü bütün öhdəliklərini, beynəlxalq humanitar hüquq da daxil olmaqla beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobudcasına pozur.  Bu təxribatın arxasında duran Ermənistan rəhbərliyi isə öz nasist xislətini üzə çıxarır.
 
Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycanlı mülki əhali arasında hələ ki, itki yoxdur və düşmənin bütün həmlələrinin qarşısı müvafiq şəkildə alınır. Ermənistan rəhbərliyi əmin olsun ki, Azərbaycan silahlı qüvvələrinin döyüş meydanında göstərdiyi yüksək əzmi və şücaəti hər bir azərbaycanlı mülki şəxsi bölüşür və eyni ilə nümayiş etdirir. Çünki Azərbaycanın mövqeyi haqq-ədalət mövqeyidir və beynəlxalq hüquqa əsaslanır.
 
Təcavüzkar siyasətini davam etdirən, Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin işğalının nəticələrini möhkəmləndirməyə çalışan Ermənistan rəhbərliyi əmin olsun ki, bu siyasət ona rüsvayçılıq, iflas və özünü məhvetmədən başqa bir şey vəd etmir. Ermənistan rəhbərliyi düşünməsin ki, onların törətdiyi əməllər cəzasız qalacaq. Hər bir işğal halında olduğu kimi, Ermənistanın işğalı da müvəqqəti xarakter daşıyır və bu ölkə törətdiyi bütün qanunsuz əməllərin cavabını verəcək.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenkodan ŞOK XƏBƏRDARLIQ -Zelenskini onlar aradan götürəcəklər
İlham Əliyevin İtaliya Prezidenti ilə birgə işçi naharı başladı
İlham Əliyev “Eni S.P.A” şirkətinin baş icraçı direktoru ilə görüşdü - FOTO

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Bakıda FACİƏ YAŞANDI: orta yaşlı qadın...