Prezident İlham Əliyev bu xəbəri rəsmən AÇIQLADI: Yaxın aylarda...
15 May 2026, 15:50
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
474
13.07.2020, 20:57
Bu gün Xarici İşlər naziri Elmar Məmmədyarovun Türkiyə Cümhuriyyətinin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Elmar Məmmədyarov həmkarına Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hərbi təxribatının qarşısının alınması və hazırda bölgədə davam edən gərgin vəziyyət barədə məlumat verib.
Bölgədəki artan gərginliyin bütün məsuliyyətinin Ermənistan üzərində olduğunu qeyd edən E. Məmmədyarov məsələnin kökündə Ermənistanın təcavüzkar siyasəti və bu siyasətin nəticələrinin aradan qaldırılmaması durduğunu vurğulayıb. O, Türkiyənin ədalətli mövqeyinə və Ermənistanın son təxribatını pisləyən bəyanatına görə təşəkkür ifadə edib.
Nazir Mevlüt Çavuşoğlu Azərbaycanın mövqeyinin ədalətli olduğunu, beynəlxalq hüququn prinsiplərinə, o cümlədən BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT TŞ-nin qətnamələrinə əsaslandığını qeyd edib və Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib.
18:28 / 15 May 2026
6
18:07 / 15 May 2026
31
18:00 / 15 May 2026
57
17:47 / 15 May 2026
139
17:12 / 15 May 2026
60
17:00 / 15 May 2026
134
17:00 / 15 May 2026
68
16:56 / 15 May 2026
98
16:38 / 15 May 2026
61
16:35 / 15 May 2026
66
16:20 / 15 May 2026
76
16:13 / 15 May 2026
168
16:09 / 15 May 2026
59
15:55 / 15 May 2026
67
15:50 / 15 May 2026
625
15:50 / 15 May 2026
71
15:47 / 15 May 2026
66
15:41 / 15 May 2026
68
15:10 / 15 May 2026
344
15:04 / 15 May 2026
418
14:58 / 15 May 2026
76
14:54 / 15 May 2026
78
14:48 / 15 May 2026
851
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.