Prezident İlham Əliyev bu xəbəri rəsmən AÇIQLADI: Yaxın aylarda...
15 May 2026, 15:50
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
423
13.07.2020, 13:53
"Bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür. Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki, bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir.
Çünki, mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin".
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
"Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik, onlar öz gözləri ilə vəziyyəti görsünlər.
Görsünlər ki, kim bu hərbi təxribatı törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verib və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq", - Azərbaycan Prezidenti bildirib.
16:13 / 15 May 2026
1
16:09 / 15 May 2026
13
15:55 / 15 May 2026
19
15:50 / 15 May 2026
172
15:50 / 15 May 2026
35
15:47 / 15 May 2026
33
15:41 / 15 May 2026
39
15:10 / 15 May 2026
52
15:04 / 15 May 2026
291
14:58 / 15 May 2026
55
14:54 / 15 May 2026
59
14:48 / 15 May 2026
638
14:47 / 15 May 2026
50
14:34 / 15 May 2026
66
14:25 / 15 May 2026
63
14:19 / 15 May 2026
57
14:11 / 15 May 2026
60
13:58 / 15 May 2026
59
13:54 / 15 May 2026
151
13:50 / 15 May 2026
65
13:45 / 15 May 2026
74
13:38 / 15 May 2026
59
13:17 / 15 May 2026
61
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.