Prezident FƏRMAN İMZALADI: Yeni yaradılan agentliyin fəaliyyəti nə olacaq? — AÇIQLAMA
15 May 2026, 10:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
18083
11.07.2020, 12:34
Daxili İşlər Nazirliyinin səlahiyyətləri artırılıb.
Oxu24.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Prezidentin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmana əsasən, 4.52-ci bənddə "yaratdığı hallara” sözlərindən sonra "münasibətdə Daxili İşlər Nazirliyi və ya Bakı Nəqliyyat Agentliyi” sözləri əlavə edilib.
Belə ki, əvvəllər Bakı şəhərinin inzibati ərazisində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş (Parklanma qaydalarının pozulması) inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallara, habelə həmin Məcəllənin 346-1.5-ci maddəsində (Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə) nəzərdə tutulmuş hallara münasibətə Bakı Nəqliyyat Agentliyi nəzarət edirdi. Artıq Daxili İşlər Nazirliyi də Bakı şəhərinin ərazisində bu qaydaların pozulmasına nəzarət edəcək.
Həmçinin Fərmanın 5.33-1-ci bənd aşağıdakı redaksiyada verilib. Həmin Məcəllənin 346, 346-1.2 – 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə həmin işlər üzrə inzibati icraata başlamış Daxili İşlər Nazirliyi və ya Bakı Nəqliyyat Agentliyi baxır;”;
Eyni zamanda, Fərmana 5.33-2-ci bənd əlavə edilib.
Belə ki, həmin Məcəllənin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi baxır;”.
Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyi şəxsin dayanma-durma qaydalarının pozulması ilə əlaqədar törətdiyi eyni inzibati xətaya görə təkrar inzibati məsuliyyətə cəlb edilməməsi üçün tədbirlər görəcək.
Prezident Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etməyi tapşırıb.
11:57 / 15 May 2026
1
11:45 / 15 May 2026
22
11:40 / 15 May 2026
32
11:37 / 15 May 2026
42
11:36 / 15 May 2026
29
11:30 / 15 May 2026
41
11:21 / 15 May 2026
152
11:15 / 15 May 2026
70
11:12 / 15 May 2026
45
10:55 / 15 May 2026
341
10:48 / 15 May 2026
45
10:43 / 15 May 2026
61
10:36 / 15 May 2026
118
10:34 / 15 May 2026
49
10:31 / 15 May 2026
48
10:22 / 15 May 2026
347
10:21 / 15 May 2026
47
10:17 / 15 May 2026
46
10:05 / 15 May 2026
191
10:03 / 15 May 2026
45
10:01 / 15 May 2026
46
00:45 / 15 May 2026
359
00:33 / 15 May 2026
349
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.