Qaynar xətt:

(+99450) 247 90 86

Kamran Əliyev daha bir xanıma yüksək vəzifə verdi

Kamran Əliyev daha bir xanıma yüksək vəzifə verdi

SİYASƏT

695

10.07.2020, 20:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prokurorluq orqanlarında kadr dəyişikliyi olub.

Oxu24.com xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Günay Məmmədli Bakı şəhəri Nizami rayon prokurorunun müavini vəzifəsinə təyin edilib.

O bundan öncə Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində prokuror vəzifəsində çalışıb.

Faktı Oxu.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiq ediblər.

Xatırladaq ki, prokurorluq orqanlarında son dövrlər aparılan kadr islahatları zamanı xanım əməkdaşların təyinatı diqqət çəkir, gendər bərabərliyinin qorunması müsbət qarşılanır./oxu.az/