Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında maraqlı anlar yaşanıb.
Oxu24.com xəbər verir ki, "Reuters" agentliyinin müxbiri iclasda Səhiyyə naziri Oqtay Şirəlyevin harada olması barədə sual verib.
“Səhiyyə naziri Oqtay Şirəliyevin səhhətində hər hansı problem yoxdur, iş başındadır və koronavirusla mübarizədə aktiv iştirak edir".
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov bildirib.
Səhiyyə Nazirliyinin aparat rəhbəri deyib ki, nazirliyin əməkdaşları ictimaiyyət qarşısına çıxır və sualları cavablandırır.
Oxu24.com
ŞƏRHLƏR