ABŞ-İran görüşü öncəsi Netanyahudan - TƏCİLİ İCLAS
05 Fevral 2026, 21:31
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
620
13.03.2020, 10:02
İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti koronavirusa yoluxmaq şübhəsi ilə karantinə alınıb.
“Report” xəbər verir ki, məlumatı İRİB televiziyası yayıb.
O, səhhətində yaranan problemlə bağlı xəstəxanaya müraciət edərək müayinədən keçib. Müayinə zamanı onda koronavirusun əlamətləri aşkar edilib. Ə.Ə.Vilayəti hazırda ev şəraitində müalicə olunur və özünü yaxşı hiss edir.
Qeyd edək ki, Əli Əkbər Vilayəti 1945-ci ildə İranın Şemran bölgəsində anadan olub. Tehran Universitetinin bitirib. 1981-ci il dekabrın 15-dən 1997-ci il avqustun 20-dək İranın xarici işlər naziri olub. Hazırda aəyutllah Seyid Əli Xaməneinin beynəlxalq məsələlər üzrə müşaviridir.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 429 nəfər olduğunu açıqlayıb. O bildirib ki, daha 1 075 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 10 075 nəfərə çatıb.
Ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar, fövqəladə hallar təşkilatının başçısı İsmayıl Naccar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.
Həmçinin oxuyun
Bundan başqa, qadın deputat Fatimə Rəhbər, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi və İran XİN başçısının sabiq müşaviri Hüseyn Şeyxülislam koronavirusdan ölüb.
Martın 11-i koronavirusa yoluxmuş İran parlamentinin millət vəkili Zöhrə İlahian və səhiyyə naziri müavini İrəç Hərirçitam müalicə olunaraq evə buraxılıb.
Hökumət koronavirusun kütləvi yayılması ilə əlaqədar olaraq, 17 əyalətə girişi qadağan edib.
Bundan əlavə, İranın ali rəhbərinin ənənəvi Novruz bayramı çıxışı epidemiyaya görə təxirə salınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 127 ölkədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 134 788-ə çatıb. Bunların 70 394 nəfəri sağalıb, 4 984 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
02:44 / 06 Fevral 2026
56
02:30 / 06 Fevral 2026
46
01:59 / 06 Fevral 2026
43
00:16 / 06 Fevral 2026
228
00:06 / 06 Fevral 2026
92
23:47 / 05 Fevral 2026
599
23:45 / 05 Fevral 2026
80
23:44 / 05 Fevral 2026
154
23:41 / 05 Fevral 2026
86
23:39 / 05 Fevral 2026
74
23:27 / 05 Fevral 2026
59
23:21 / 05 Fevral 2026
385
23:07 / 05 Fevral 2026
700
22:55 / 05 Fevral 2026
218
22:46 / 05 Fevral 2026
71
22:46 / 05 Fevral 2026
290
22:37 / 05 Fevral 2026
168
22:31 / 05 Fevral 2026
104
22:25 / 05 Fevral 2026
104
22:22 / 05 Fevral 2026
450
22:14 / 05 Fevral 2026
97
22:05 / 05 Fevral 2026
124
21:48 / 05 Fevral 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.