Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25613
az

Rusiya Türkiyə ilə anlaşaraq Qarabağdan çəkilir? – Erməni təşvişinə politoloq baxışı

12:5603 Mart, 2020
728
SİYASƏT
  • A

"Moskva ilə Ankaranın İdlibdə anlaşması, belə bir anlaşmanın sonradan Qarabağda da tətbiq olunması ehtimalı inandırıcı deyil. Rusiya bu gün Cənubi Qafqaza, xüsusən də Dağlıq Qarabağ münaqişəsinə heç bir digər dünya oyunçusunu, eyni zamanda regional güc olan Türkiyəni qoşmaq istəmir”.


Sfera.az-a açıqlamasında bu sözləri Ermənistanın "Lragir” saytı və ekspert Ayk Qabrielyanın Suriyanın İdlib əyalətində razılaşma əldə edildikdən sonra, bunun əvəzində Moskva ilə Ankaranın diqqətinin Dağlıq Qarabağa yönələcəyi və burada da ortaq məxrəcə gələcəkləri barədə proqnozlarına münasibət bildirərkən politoloq Natiq Miri deyib.


N. Miri hesab edir ki, bu tip açıqlamalar köhnə erməni taktikasından başqa heç nə deyil:

"Dünya miqyasında super və regional güclər arasında müəyyən böhran vəziyyəti yaranan kimi ermənilər bundan yararlanmağa çalışır. Bir növ qabaqlayıcı addım olaraq belə hay-qışqırıq salmaqla erməni məsələsini yenidən gündəmə gətirmək istəyirlər. Guya bütün bu oyunların sonunda ermənilər əziləcək. Əslində səslənən bu açıqlamalar absurd olduğu qədər yalan və böhtandır”.

 

Ekspert düşünür ki, Moskvanın Dağlıq Qarabağ məsələsində Ankara ilə əməkdaşlığa gedəcəyi real deyil:

 

"Bu gün İdlibdə Türkiyə ilə Əsəd qoşunları qarşı-qarşıya olsa da səhnənin arxasında Rusiya dayanıb. Deməli, burada Türkiyə rus hərbi maşını ilə üz-üzədir. Moskva hələ də Cənubi Qafqaza özünün arxa bağçası kimi baxdığından, Türkiyəni bu ərazilərə buraxmaq fikrində deyil. Belə vəziyyətdə Rusiya Qafqazdakı mövqeyini nəyə görə Türkiyə ilə bölüşməlidir ki?”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Bakıda həbsdə olan Qukasyan haqda yeni qərar

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu