Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24067
az

Əli Həsənovun ətrafında SENSASİON GƏRİŞMƏ: Prezidentə müraciət etdilər

14:3006 Fevral, 2020
906
SİYASƏT
  • A

Prezidentin  keçmiş  köməkçisi  Əli  Həsənovun kurasiyasında olan "Kaspi" qəzeti Prezident  İlham Əliyevə  müraciət  edib.

Oxu24.com  xəbər  verir  ki,  müraciət maliyyə ilə  bağlı  olub.

Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2020-ci ilin birinci yarısı üçün elan etdiyi müsabiqə çərçivəsində qəzetlərə maliyyə yardımının göstərilməsi ilə bağlı qərar qəbul edib. Maliyyə yardımı ayrılan qəzetlər arasında Azərbaycan və rus dillərində çıxan "Kaspi” və "Kaspiy” qəzetlərinin adı yoxdur. Hər iki qəzetin kollektivi bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. 

Həmin müraciəti təqdim edirik. 
 
Azərbaycan Respublikasının Prezidenti 
Cənab İlham Əliyevə 

 
 
Hörmətli, cənab Prezident!

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu 2020-ci ilin birinci yarısı üçün elan etdiyi müsabiqə çərçivəsində "Kaspi” qəzetinə maliyyə yardımının dayandırılması barədə qərar verib.

Biz bu qərarı çox təəccüb və təəssüf hissi ilə qarşıladıq. Axı niyə?

Hazırda "Kaspi” qəzeti ölkənin ən nüfuzlu çap nümunələrindəndir. Həm tirajına, həm məzmununa görə ölkədə çap olunan və Fondun maliyyə yardımı ayırdığı digər qəzetləri qabaqlayır.

1999-cu il martın 6-dan çapını bərpa edən qəzetin əsası 1881-ci ildə qoyulub. Ona görə də qəzeti "Üç əsrin qəzeti” adlandırırıq. Hazırda «Kaspi» gündəlik, rəngli formatda, həftəarası günlər 16 səhifə, şənbə günü isə 24 səhifə olmaqla nəşr edilir. 

Azərbaycan dilində nəşr olunan "Kaspi” qəzetinin 26 nəfərdən ibarət kartla əmək haqqı alan kollektivi var. Bundan əlavə, qəzet 25-dək kənar müəlliflə qonorar əsasında əməkdaşlıq edir. 

Qəzetin 3 əlavəsi fəaliyyətdədir. Həftənin cümə axşamı günləri "Teatr”, cümə günləri "Gənclik”, şənbə günləri isə "Ədəbiyyat” əlavələri nəşr olunmaqdadır. 

Qəzetin 3 dildə - Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən kaspi.az internet resursu da on-line fəaliyyət göstərməkdədir. Ayrıca ədəbiyyat və mədəniyyət xidmətləri üzrə ixtisaslaşmış artkaspi.az saytımız mövcuddur.  

2019-cu ildə qəzet 3800 tirajla çıxıb.  

Ötən illər ərzində ölkənin ən nüfuzlu qələm sahibləri "Kaspi”nin səhifələrində çap olunub. 

Qəzet rəhbərliyinin təşəbbüsü ilə çoxsaylı layihələr icra olunub, "Kaspi” nəşrləri” silsiləsindən 20-dən artıq kitab çap edilib. "Kaspi”nin xətti ilə ötən əsrin əvvəllərində nəşr olunan Azərbaycan qəzetlərinin elektron arxivi Hollandiyadan alınaraq ölkəmizə gətirilib və Mirzə Fətəli Axundov adına Mərkəzi Kitabxanaya bağışlanılıb. 

Qəzet fəaliyyətini bərpa etdiyi gündən daim dövlətçilik maraqlarını müdafiə edib, maarifçilik missiyasını daşıyıb. 
 
Cənab Prezident!

Qəzetimizə hansı səbəbdən maliyyə yardımının ayrılmaması barədə bizə heç bir məlumat verilmir.  

KİV DF-nin qəbul etdiyi qərar qəzetlə bu və ya digər formada əlaqədə olan 50 jurnalistin işsiz qalması deməkdir. 2020-ci il üçün qəzetin 3000-ə yaxın abunəsi vardır. Bu qərar bizi qəzetimizə abunə olanlar qarşısında da çətin durumda qoyur. 

Kollektiv olaraq Sizdən xahiş edirik ki, belə bir tarixi xidmətləri olan qəzetin maliyyə yardımı ayrılan qəzetlərin siyahısına daxil edilməsinə yardımçı olasınız! 

Əli Həsənov  bu  müraciətlə  bağlı  açıqlama da verib.

“Əgər bu gün Azərbaycan dövləti yardım ayırırsa, “Kaspi” qəzeti niyə bu yardımı almasın? Bilirsiz ki, “Kaspi” qəzeti tarixi, ənənəsi olan və kifayət qədər də sanballı qəzetdir, oxucularına baxsaz, özəl qəzetlər sırasında seçilən qəzetdir,” keçmiş prezident köməkçisi Əli Həsənov deyib.

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu hər il 3 kateqoriya üzrə bəzi qəzetlərə maliyyə dəstəyi verir. Müəyyən şərtləri ödəyən qəzetlər kateqoriyasından asılı olaraq, hər ay 20 min, 10 min və 5 min manat yardım alır. Bu ilki yardım alacaq qəzetlərin siyahısında “Kaspi” və “Kaspiy” qəzetlərinin adı yoxdur.

Əli Həsənov açıqlamasında ailə üzvlərinə məxsus olan “Kaspi” və “Kaspiy” qəzetlərinin dövlət yardımından məhrum edilməsinə münasibət bildirmək istəmədiyini deyir: “Çünki bu sahədə çalışan məmur olmuşam, xüsusilə də KİV- ə Dəstək Fondunu, o yardımları edən məmur olmuşam, ona görə də buna münasibət bildirməyi məqbul hesab etmirəm”.

Əli Həsənov ötən ilin noyabrında ölkə prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçi vəzifəsindən azad edilib.


 

“Qəzetin ailə olaraq mənə yaxınlığı yalnız onun təsisçisi ilə bağlıdır, “Kaspi”nin təsisçisi xanımımdır, digərinki Kaspi təhsil mərkəzidir. Amma təsisçinin kimliyi mahiyyət təşkil eləmir. Əsas odur ki, qəzetlərin fəaliyyəti cəmiyyət tərəfindən necə qarşılanır, bu qəzetlər hansı fəaliyyətlə məşğul olur, Azərbaycan ictimaiyyəti, elitası, ziyalıları, elm-təhsil, mədəniyyət adamlar, yazarlar bu qəzetdən necə bəhrələnir, necə istifadə edir və bu qəzetin tarixi, ənənəsi, Azərbaycan dövlətinə, cəmiyyətinə lazımlılığı ilə ölçülür”, Əli Həsənov deyib.

Əli Həsənov “Kaspi” qəzetlərinə maliyyə yardımı ayırlmamasının məntiqini anlamadığını da əlavə edib. Amma onun sözlərinə görə, bunun səbəblərini qəzet kollektivi araşdırır:

“Biz hələ araşdıra bilməmişik, – şəxsən mənim araşdırmaq fikrim yoxdur, amma qəzetin təsisçisi, kollektivi araşdırmağa çalışır ki, hansı mərhələdə, hansı məmurun təşəbbüsü ilə və yaxud da hansı strukturda bu qərar qəbul olunub. Ona görə də onlar yardımın başında dayanan ölkə prezidentinə və birinci vitse-prezidentə müraciət ediblər”.

Onun fikrincə, qəzet kollektivinin belə bir müraciəti etməyə haqları var: “Əgər bu gün Azərbaycan dövləti pul ayırırsa, “Kaspi” qəzeti niyə bu yardımı almasın? Bilirsiniz ki, “Kaspi” qəzeti tarixi, ənənəsi olan və kifayət qədər də sanballı qəzetdir, oxucularına baxsaz, özəl qəzetlər sırasında seçilən qəzetdir,” Əli Həsənov deyib.

O düşünür ki, qəzet kollektivinin müraciəti ilə bağlı ölkə rəhbərliyi yalnız müsbət qərar qəbul edə bilər.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Gəlir gəlsin, gəlmir, heç lazım da deyil” - Prezidentdən sərt xəbərdarlıq
İrəvana verilən silahlar kritik həddə çatsa, onda... - Əliyev

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı