“Onlar sövdələşməyə daxil edilməyiblər”
08 Aprel 2026, 22:46
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
942
05.12.2019, 12:14
Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, tənqidçi, ədəbiyyatşünas Vilayət Quliyev sabiq Rabitə naziri Nadir Əhmədovu onun araşdırma-yazısını oğurlamaqda ittiham edib.
Oxu24.com xəbər verir ki, səfir bu barədə sosial şəbəkədə məlumat paylaşıb. Keçmiş Xarici İşlər naziri bildirib ki, Nadir Əhmədov onun 2008-ci ildə “525-ci qəzetdə” çap olunan “Türk ordusunun azərbaycanlı generalları” adlı məqaləsinin sərlövhəsini və bir sözünü də dəyişmədən əvvəlcə “İblis xislətli erməni” kitabında, daha sonra öz saytında yerləşdirib:
“Deyəsən, son illərdə əli maddi çax-çuxdan çıxan keçmiş həmkarım Nadir Əhmədov ixtiyar yaşında intellektual çapovulçuluğa girişib. İndi quqlda axtarış verəndə bir sətrini də yazmadığı uzun zəhmət və axtarışların bəhrəsi olan bu araşdırma-yazı Nadir müəllimin “əsəri” kimi təqdim olunur.
Həmçinin oxuyun
Məqalədə haqqında danışılan general-polkovnik Mehmet Nuri və ordu generalı Mahmud Berköz (Sarıkərimli) qardaşları əslən şəkili olduqları üçün yəqin Nadir müəllim elə hesab edir ki, bu mövzudan yazmaq başqa bölgədən olan bir kimsənin işi deyil, yalnız onun şəninə şayandır. Amma yeni peyda olmuş “qocaman ədib” heç olmazsa, köhnə şəkili kimi vətəninin övladlarından söz açan yazıya bir-iki məhəlli ştrix əlavə eləsəydi, yenə də dərd yarı idi.
Görünür, “oğrudan oğruya halaldır” prinsipi ilə hərəkət edən Ülviyyə Tahir qızı adlı bir xanım da eyni yazını başlığını da dəyişmədən “Xalq cəbhəsi qəzeti”ndə öz araşdırması kimi çap etdirib. Əcəb işdir! Adam bilmir qocasından rəncidə olsun, yoxsa cavanından incisin! Yəqin ki, ən salamat yolu oxucu sayını artırdıqlarına görə bu “müəlliflərə” təşəkkür etməkdir”.
Qeyd edək ki, V. Quliyev 1999-2004-cü illərdə Xarici İşlər naziri, N. Əhmədov isə 1997-2004-cü illərdə Rabitə naziri olub.
23:55 / 08 Aprel 2026
19
23:50 / 08 Aprel 2026
85
23:43 / 08 Aprel 2026
34
23:40 / 08 Aprel 2026
25
23:39 / 08 Aprel 2026
141
23:37 / 08 Aprel 2026
45
23:35 / 08 Aprel 2026
33
23:33 / 08 Aprel 2026
36
23:30 / 08 Aprel 2026
33
23:24 / 08 Aprel 2026
35
23:22 / 08 Aprel 2026
41
23:20 / 08 Aprel 2026
35
23:14 / 08 Aprel 2026
29
23:00 / 08 Aprel 2026
57
22:46 / 08 Aprel 2026
56
22:44 / 08 Aprel 2026
129
22:40 / 08 Aprel 2026
3225
22:34 / 08 Aprel 2026
49
22:28 / 08 Aprel 2026
110
22:25 / 08 Aprel 2026
2056
22:22 / 08 Aprel 2026
68
22:20 / 08 Aprel 2026
70
22:18 / 08 Aprel 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.