Qaynar xətt:

(+99450) 247 90 86

Novruz Məmmədov bu vəzifəyə GƏTİRİLİR

2019-11/1574142459_1574139913_75464222_3467912043234105_5600740227040673792_n.jpg

SİYASƏT

1552

19.11.2019, 09:47

 \"\"  Həmçinin oxu:  Azərbaycanlı qız yarım kilo qızılı və pulları götürüb sevgilisi ilə qaçdı - VİDEO
Azərbaycan Respublikasının sabiq Baş naziri Novruz Məmmədovun yeni vəzifəyə təyin olunacağı gözlənilir.
Oxu24.com  Modern.az-a istinadla xəbər verir ki, N.Məmmədov bu gün Azərbaycan Dillər Universitetinə prorektor təyin olunacaq. Qeyd edək ki, keçmiş Baş nazir fransız dili üzrə mütəxəssisdir. Xatırladaq ki, Novruz Məmmədov 21 aprel 2018-ci il tarixindən 8 oktyabr 2019-cu ilə tarixinə kimi Azərbaycan Respublikasının Baş naziri vəzifəfəsində işləyib. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsinin fransız dili şöbəsini bitirib. Əvvəlcə həmin İnstitutda müəllim işləyib. 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə yenidən Əlcəzairdə tərcüməçi, baş tərcüməçi işləyib. 1991-ci ildə dissertasiya işini müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsini alıb. 1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləyib. 1995-1997-ci illərdə Azərbaycan Respublikası Prezidentinin fransız dili üzrə tərcüməçisi olub. 1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib. 2002-ci ilin yanvar ayında Prezidentin Fərmanı ilə fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib. 2005-2018-ci illərdə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü olub. 2012-ci ilin noyabr ayında Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib. 2017-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri təyin edilib. Azərbaycan Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Baş naziri təyin edilib. 8 oktyabr 2019-cu il tarixində Baş nazir vəzifəsindən azad edilib. 2007-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə \"Şöhrət\" ordeni ilə, 2017-ci ildə \"Şərəf\" ordeni ilə təltif edilib. 72 yaşlı sabiq Baş nazir evlidir. Üç övladı və nəvələri var. Azərbaycanlı gənc qız asılmış vəziyyətdə tapıldı