Qaynar xətt:

(+99450) 247 90 86

Vilayət Eyvazovdan yeni - TƏYİNAT

2019-11/1573883425_vilayet_eyvazov_1562763735.jpg

SİYASƏT

664

16.11.2019, 09:49

\"\"  Daxili işlər orqanlarında kadr dəyişikliyi baş tutub.
Oxu24.com -un  Oxu.Az-a istinadən məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, Tərxan Əhmədov Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinə yeni rəis təyin olunub. O, bundan əvvəl Səbail rayonu 39-cu Polis Bölməsinin rəisi işləyib. Məlumat DİN-in mətbuat xidmətindən saytımıza təsdiq edilib. Qeyd edək ki, BŞBPİ-nin İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayev dünən İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təyin edilib.