Qaynar xətt:

(+99450) 247 90 86

İnam Kərimov daha iki direktoru işdən çıxardı

2019-11/1573629296_inam-kerimov.jpg

SİYASƏT

669

13.11.2019, 11:14

\"\"  Kənd Təsərrüfatı naziri İnam Kərimov daha iki Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktorunu vəzifəsindən azad edib.
Oxu.Az-ın məlumatına görə, nazirin imzaladığı əmrə əsasən, Şəmkir və Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları vəzifələrindən azad olunublar.  
Şəmkir DAİM-in direktoru Kamil Yusibov və Tovuz DAİM-in direktoru Rəhman Qasımov nazirliyin fəaliyyət prinsiplərini kobudcasına pozduqlarına, fermerlərlə yaxınlıq, şəffaf və səmərəli idarəetmə prinsiplərinə əməl etmədiklərinə görə tutduqları vəzifədən uzaqlaşdırılıblar. Onların yerinə təyinat yoxdur. Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az-a faktı təsdiqləyiblər.   Qeyd edək ki, bundan əvvəl Kürdəmir və İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları da işdən azad ediliblər. Ötən ay Elşən Cəbrayılov Kürdəmir DAİM-in, Rövşən Yəhyayev isə İsmayıllı DAİM-in direktoru vəzifələrinə təyinat alıb.