Qaynar xətt:

(+99450) 247 90 86

Prezident 45 milyonluq sərəncam verdi

2019-11/1573134161_prezident.jpg

SİYASƏT

1981

07.11.2019, 17:42

\"\"  Prezident İlham Əliyev Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Oxu24.com -un  xəbərinə görə, sərəncama əsasən, Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş \"Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü\"nün 1.2.6-cı yarımbəndində göstərilmiş məbləğin 45 milyon manatı \"Azərbaycan Dəmir Yolları\" Qapalı Səhmdar Cəmiyyətinə ayrılıb.