Qaynar xətt:

(+99450) 247 90 86

Ölkənin baş prokuroruna sözü olanların nəzərinə!

2019-10/1571822121_zakir-qaraov-oxu24.jpg

SİYASƏT

789

23.10.2019, 13:14

\"\"  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə  vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror  Zakir Qaralov cari il  oktyabrın 25-də saat 10:00-da Siyəzən rayon prokurorluğunun inzibati binasında Siyəzən və  Xızı rayon sakinlərinin qəbulunu keçirəcəkdir.
 Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan  müraciətlərinə baxılacaqdır. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Siyəzən rayonuna gəlmələrinin təşkili   müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79   nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula
yazıla bilərlər.