Qaynar xətt:

(+99450) 247 90 86

Əli Həsənova vəzifə verildi

2019-10/1571749058_eli-hesenov.jpg

SİYASƏT

1063

22.10.2019, 17:01

\"\"  Xəbər verdiyimiz kimi dünən Prezident İlham Əliyevin sərəncamı ilə Əli Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini  vəzifəsindən azad edilib.
Oxu24.com  unikal.org-a istinadən xəbər verir ki, Ə.Həsənov işdən çıxarılmasına baxmayaraq bir neçə vəzifəni hələ də icra etməkdə davam edir. O, hazırda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. Eyni zamanda Əli Həsənov Yeni Azərbaycan Partiyasının Sədr müavinidir.  
Qeyd edək ki, Prezident İlham Əliyev dünənki qəbulda bildirib ki, Ə.Həsənov bundan sonra da Yeni Azərbaycan Partiyasında fəaliyyət göstərəcək.