Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19303
az

“Rossiya-24”də Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub

16:1122 Oktyabr, 2019
594
SİYASƏT
  • A
 
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu 75 illiyini qeyd edir. Bununla bağlı Rusiyanın "Rossiya-24” telekanalında Azərbaycan Prezidenti İlham Əliyevin də müsahibəsinin yer aldığı reportaj yayımlanıb.

AzTV xəbər verir ki, Mariya Bondaryovanın müəllifi olduğu reportajda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu dünya elitasının kadrlar emalatxanası adlandırılır.
75 il ərzində bu ali təhsil müəssisəsi beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanması üzrə aparıcı dünya mərkəzi kimi tanınıb. Burada vaxtilə hazırkı dövlət başçıları, nazirlər, milyarderlər, diplomatlar və məşhur jurnalistlər öz yoluna başlayıblar. Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov ali təhsil müəssisəsinin mühazirəçilərinin çox böyük nüfuza malik olduğunu bildirərək, qeyd edir ki, vaxtilə burada dərs deyənlər sonradan tanınmış siyasətçilər, diplomatlar, səfirlər kimi öz fəaliyyətlərini davam etdiriblər.

Onların arasında Azərbaycan Prezidenti İlham Əliyev də var. Reportajda vurğulanır ki, valideynləri onu məktəbə tez göndərdiyinə görə Azərbaycanın dövlət başçısı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna imtahanları 15 yaşında verib.
Tanınmış məzunların xatirəsi Dövlət Beynəlxalq Münasibətlər İnstitutununda əziz tutulur. Jurnalist Mariya Bondaryova ali təhsil müəssisində unikal sənədləri gördüyünü deyir. Bunların arasında Azərbaycan Prezidenti İlham Əliyevin tələbə bileti də var.
Reportajda Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, ali təhsil müəssisəsinin Qəyumlar Şurasının sədr müavini Alişer Usmanov, Rusiyanın Mədəniyyət naziri Vladimir Medinski, tanınmış aparıcı Sergey Brilyovdan müsahibələr yer alıb.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun 75 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbirə təbrik məktubu ünvanlayıb. Məktubu ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu oxuyub. Məktubda deyilir ki, hazırda bu institut haqlı olaraq Rusiya ali təhsilinin flaqmanı, keyfiyyətli təhsilin rəmzi sayılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?
Bakı sakinlərinə ŞAD XƏBƏR - Prezident 6 milyon manat ayırdı
Prezident iki icra başçısını işdən çıxartdı - Yeni təyinatlar

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı