Azərbaycan Prezidenti İlham Əliyev ölkədə aparılan islahatların bir hissəsi olaraq, dövlət strukturlarında kadrların yenilənməsini zəruri hesab edir. Dövlət başçısı dünən yaşı 70-dən çox olan Azərbaycan Baş nazirinin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbovu vəzifəsindən azad edib. Hər iki vəzifəli şəxs ölkənin Baş nazirinin müavini vəzifəsindən azad edilməsi üçün ərizə ilə müraciət etmişdi.
H.Abutalıbovla görüşdə prezident deyib: “Ancaq həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır.
Ona görə sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər.
Hər halda mən buna ümid edirəm. Siz Yeni Azərbaycan Partiyasında da fəal iş görürsünüz. Hesab edirəm ki, bundan sonra da partiya tərkibində siz öz fəaliyyətinizi davam etdirməlisiniz. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram və gördüyünüz işlərə görə təşəkkürümü bildirirəm”.
Bu gün hökumətdə və digər dövlət strukturlarında işləyən və yaşı 70-dən çox olan məmurlar var.
Oxu.Az həmin siyahını təqdim edir:
Azərbaycan Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyevin 81 yaşı var. İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova da 81 yaşındadır.
Prezident Administrasiyasının işlər müdiri
Oqtay Şahbazovun 78 yaşı, Baş nazirin birinci müavini Yaqub Eyyubovun 73 yaşı var.
Azərbaycan Dövlət Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri
Əhməd Əhmədzadə 72 yaşındadır. Azərbaycan Təhlükəsizlik Şurasının rəhbəri Ramil Usubovun 71 yaşı var.
Milli Olimpiya Komitəsinin Baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti
Ağacan Abiyev 82 yaşındadır.
70 yaşdan yuxarı şəxslər Azərbaycan Milli Məclisində də təmsil olunurlar. Bunlar vitse-spiker
Valeh Ələsgərov (73 yaş), deputatlar
Yevda Abramov (71 yaş), Ziyad Ələsgərov (79 yaş), Eldar İbrahimov (74 yaş), Əhliman Əmiraslanov (72 yaş), Arif Rəhimzadə (78 yaş), İsa Həbibbəyli (70 yaş), Zeynəb Xanlarova (83 yaş) və
Hadı Rəcəblidir (72 yaş).
Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Akif Əlizadənin isə 85 yaşı var.
Həmçinin oxu: Onlarla cinsi münasibət xaricində toxunmaq qadağandır-Həbsxana həyatının BİLİNMƏZLƏRİAzərbaycanlı müğənninin erotik vidoesu yayılıb+VİDEOMeşədə insanlar gördüklərindən şoka düşdü: Başında zəncir tapılan atı kim bu hala salıb?+VİDEO{banner_reklam1} Oxu24.com
ŞƏRHLƏR