Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19272
az

SON DƏQİQƏ: ABŞ-ın Azərbaycandakı səfirliyi bəyanat yaydı

20:1121 Oktyabr, 2019
1870
SİYASƏT
  • A
 

ABŞ-ın Azərbaycandakı səfirliyi Milli Şuranın 19 oktyabr mitinqi ilə bağlı bəyanat yayıb.


OXU24.COM  həmin bəyanatı təqdim edir:


"Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi Avropa Birliyinin bəyanatına dəstək verərək oktyabrın 19 keçirilən dinc etiraz aksiyasının dağıdılması, həmçinin aksiya iştirakçılarının və müşahidə edən insanların həbs edilməsi üçün polis tərəfindən göstərilən zorakılığı qəti şəkildə pisləyir. Biz hökuməti polis zorakılığına dair yayılan məlumatları araşdırmağa, aidiyəti olan şəxsləri məsuliyyətə cəlb etməyə və həbsdə olan şəxlərin tezliklə azadlığa buraxılması təmin etməyə çağırırıq.


İnsanların azad şəkildə toplaşaraq fikirlərini bildirmək hüququnun təminatı güclü cəmiyyətin zəminini təşkil edir. Hökumətin səhər mərkəzinə yaxın olan ərazilərdə dinc nümayişlərin keçirilməsinə ardıcıl olaraq qadağa qoyması və ya fikirlərini bildirmək isləyən vətəndaşlara qarşı zorakılıq tətbiq etməsi kimi atdığı addımlar insanların sözügedən hüquqdan yararlanmasına maneə törədir və Azərbaycanı zəiflədir.


Etiraz aksiyaları zamanı internetdən istifadə imkanlarını məhdudlaşdırmaq Azərbaycanın maraqlarını qorumur, əksinə Azərbaycanın imkanlarını məhdudlaşdırır. Toplaşmaq və söz azadlıqları Azərbaycanın konstitusiyası tərəfindən təmin olunan fundamental azadlıqlardır və biz hökuməti sözügedən azadlıqları təmin etməyə və qorumağa çağırırıq.


Birləşmiş Ştatlar Azərbaycan hökuməti və xalqı ilə apardığı tərəfdaşlığı yüksək qiymətləndirir və xalqlarımızın bəhrələnməsinə qulluq edən məsələlərə dair dialoqun dərinləşməsinə ümid edir".

Həmçinin oxu:  Qonşuluğumuzda qorxunc zəlzələ baş verəcək- Professor DƏQİQ TARİXİ AÇIQLADI

Mübariz İbrahimovu təhqir edən Nərminə cəza verilir- TƏCİLİ

Bakıda gecə kişi evli qadınla görüşə getdi, qonşular basqın etdi - Şok kadr

{banner_reklam1}

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?
Bakı sakinlərinə ŞAD XƏBƏR - Prezident 6 milyon manat ayırdı
Prezident iki icra başçısını işdən çıxartdı - Yeni təyinatlar

Azərbaycanlı kosmonavt kosmosa bu tarixdə yola düşəcək

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Şabranda avtomobil yeniyetməni vuraraq öldürüb