Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19142
az

Təqaüdçülərə ŞAD XƏBƏR – Gələn ildən pensiyalar xeyli artacaq

11:2118 Oktyabr, 2019
1217
SİYASƏT
  • A
 
{banner_reklam}

Gələn il ölkədə əmək pensiyalarının orta aylıq məbləğinin 16 faiz artmaqla 293 manata çatması proqnozlaşdırılır.

Oxu24.com  xəbər verir ki, bunu oktyabrın 15-də Prezident İlham Əliyevin yanında iqtisadi müşavirədəki çıxışında Əmək və Əhalinin Müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir aparılan optimallaşdırma işlərinin, eyni zamanda əsassız təyin edilən pensiyaların ləğvi nəticəsində cari ilin 9 ayında 99 milyon manata qənaət edildiyini deyib.

O bildirib ki, növbəti dövrlər ərzində  bu istiqamətdə işlərin davam etdirilməsi nəticəsində həmin məbləğ daha da artacaq və əmək pensiyalarının davamlı şəkildə artımına yönəldiləcək.

Minimum əmək pensiyasının 200 manata çatdırıldığını vurğulayan S.Babayev qeyd edib ki, bununla da ölkəmiz minimum pensiyanın alıcılıq qabiliyyəti indeksi üzrə MDB məkanında birinci yerdədir.

Orta aylıq pensiyanın alıcılıq qabiliyyəti indeksi üzrə isə ölkəmiz MDB məkanında ilk ikilikdə qərarlaşa bilər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?
Bakı sakinlərinə ŞAD XƏBƏR - Prezident 6 milyon manat ayırdı
Prezident iki icra başçısını işdən çıxartdı - Yeni təyinatlar

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ