Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə düşmənlərinə əzələ göstərir:"Barış pınarı": Suriyada 480 terrorçu məhv edildi

2019-10/1570949814_tumblr_nu92ypmqel1uyyrc3o1_1280.jpg

SİYASƏT

1181

13.10.2019, 10:57

\"\"  Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi \"Barış pınarı\" antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 480 terroçusu zərərsizləşdirilib.
“Hurriyet” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.(Report)