Millət vəkili Aqil Abbas “İctimai televiziya”da yayımlanan 3D proqramına qonaq olub.
Verlişin aparıcısı Dadaş Dadaşlinskinin suallarını cavablandıran A.Abbas əmisi nəvəsi barədə etdiyi açıqlama ilə izləyicilərin təəcübünə səbəb olub.
“Əmim nəvəsi Bərdə rayonunda fermerdir. O, mənə dedi ki, bu il bir milyon 200 min manat pul qazanmışam. Dedim, nə danışırsan? Nədən qazanmısan? Cavab verdi ki, Gürcüstanla ticarət əlaqəsi qurmuşam. Soğan əkmişdim təsərüfatımda. Məhsulumu da satdım gürcüstanlılara”.
Qeyd edək ki, müzakirələrin birində işsizlikdən şikayətlənən kəndlilərə “torpağın var, soğan ək, ailəni saxla”, - deyən Aqil Abbasın bu sözü uzun müddət müzakirə mövzusu olmuşdu.
Həmçinin oxu: Bazarda dəhşət: Yük maşını insanların üstünə çıxdı — 10 nəfər ölüb+VİDEOMübariz İbrahimovun atası ağır əməliyyat keçirdi — FOTOİntim münasibətləri canlandırmaq üçün 5 üsul – Ekspertdən MƏSLƏHƏTLƏR Oxu24.com
ŞƏRHLƏR