Qaynar xətt:

(+99450) 247 90 86

AXCP Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya təyin etdi

2019-10/1569928786_mitinq.jpg

SİYASƏT

1198

01.10.2019, 15:18

\"\"  Oktyabrın 8-də saat 12-də Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında – sərbəst toplaşmaq hüququnun bərpası ilə bağlı etiraz aksiyası keçirəcək.
Oxu24.com  bildirir ki, bu barədə AXCP məlumat yayıb.
Aksiyada AXCP və Milli Şuranın fəalları iştirak edəcək. Milli Şuranın sentyabrın 28-də mitinq keçirmək barədə xəbərdarlıq məktubuna Bakı Şəhər İcra Hakimiyyəti qanedici cavab verməyib. Belə ki, Milli Şuranın mitinq keçirmək üçün paytaxtın mərkəzi hissələrində təklif etdiyi 3 yerdən heç birinə Bakı Şəhər İcra Hakimiyyəti müsbət cavab verməyib. İcra hakimiyyəti aksiyanın şəhərdən kənardakı Lökbatan qəsəbələrdə keçirilməsini təklif edib.