Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18485
az

Mandatını girov qoyulan deputatla bağlı QƏRAR VERİLİR

11:1001 Oktyabr, 2019
544
SİYASƏT
  • A
 
Həmçinin oxu:  Maral Tahirqızı ağır yol qəzasında vəfat etdi-SON DƏQİQƏ

Sabah saat 16:00-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

Bu barədə Oxu24.com-a  MSK-dan məlumat verilib.

İclasda Milli Məclisin Rafael Cəbrayılovun deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı müraciətinə baxılacaq.

Qeyd edək ki, Milli Məclis Rafael Cəbrayılovun deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı MSK-ya müraciət edib.

Dünən – sentyabrın 30-da Milli Məclisin payız sessiyasının ilk iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Rafael Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət etdiyini bildirib.

Xatırladaq ki, deputat R. Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayılıb. O, Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa Xatirə Nəcəfova adlı daha bir qadından da borc alıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyev zimbabveli həmkarı ilə görüşdü - Foto
Azərbaycanla İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi
Putin Pezeşkianla ÜZ-ÜZƏ GƏLİR -"Ciddi söhbət olacaq"

Pentaqonun UFO Ofisi bir ildə 700-dən çox hesabat aldı - The Hill

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Oğlu öldürülən anaya verilişə çıxdığına görə- Xəbərdarlıq