Qaynar xətt:

(+99450) 247 90 86

Rafael Cəbrayılov deputat mandatından imtina etdi - SON DƏQİQƏ

2019-09/1569831483_rafael.jpg

SİYASƏT

1631

30.09.2019, 12:17

\"\"  Mandat vəsiqəsini girov qoyub borc götürməklə gündəmə gələn millət vəkili Rafael Cəbrayılov parlamentə müraciət edib.
Oxu24.com  xəbər verir ki, o, Konstitusiyaya müvafiq olaraq mandatından özü imtina etməsi ilə bağlı müraciət edərək istefa vermək qərarına gəlib.
Qeyd edək ki, deputatın müraciətini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli oxuyub. R. Cəbrayılov müraciətində seçicilərindən üzr istəyib. Deputat Siyavuş Novruzov mövzu ilə bağlı çıxışında qeyd edib ki, məsələ hüquqi şəkildə həllini tapdı: “Ona görə də xahiş edirəm ki, bu məsələyə çıxışında kimsə toxunmasın”. Xatırladaq ki, Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoyaraq 2015-ci ildə 300 min ABŞ dolları məbləğində borc alıb. Borcun qaytarılmadığını görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib. Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.